Avqustun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.