- Cəmiyyət, Manşet

İsrail Baş naziri İrana xəbərdarlıq edib

srail Baş naziri Yair Lapid İrana xəbərdarlıq edib.

APA xəbər verir ki, Baş nazir Lapid bu barədə İsrail Hərbi Hava Qüvvələrinin 140-cı eskadronuna ziyarətində deyib.

Yair Lapid bildirib ki, onun ölkəsi İrandan qaynaqlanan hər bir təhlükəyə hazırdır.

“Nüvə sazişini həqiqətən dayandırmağa nail olub-olmadığımızı bilmək hələ tezdir, lakin İsrail hər təhlükə və hər bir ssenariyə hazırdır. İran bizi sınamağa davam edərsə, İsrailin uzun qolunu və imkanlarını kəşf edəcək. Biz terrorizmə və bizə zərər vermək istəyənlərə qarşı bütün cəbhələrdə fəaliyyət göstərməyə davam edəcəyik. Prezident Bayden və mən razılaşmışıq ki, İsrail İranın nüvə təhlükəsinə çevrilməsi ehtimalının qarşısını almaq üçün lazım bildiyimiz kimi hərəkət etmək azadlığına malikdir”, İsrailin hökumət başçısı deyib.