- Cəmiyyət

Ukrayna Rusiyanın “Su-25” qırıcısını və “Ka-52” helikopterini vurub

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayəti səmasında Rusiyaya məxsus “Su-25” qırıcısını vurub.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Hadisənin vilayətin Voloxov Yara rayonunda, Balakleya yaxınlığında baş verdiyi bildirilir.

12:08

Ukrayna Silahlı Qüvvələrinin zenitçiləri sentyabrın 7-də səhər saatlarında Xerson vilayətinin hava məkanında Rusiya ordusuna məxsus “Ka-52” helikopterini vurublar.

“Report” UNN-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.

Məlumata görə, gecə saatlarında isə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiyanın əməliyyat-taktiki səviyyəli iki PUA-sını məhv edib.