- Cəmiyyət

Azərbaycana qar yağıb

Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.