“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında texniki tələblərə cavab verməyən, stansiyanın estetik görkəminə uyğun gəlməyən işıqlandırma sistemi yenidən qurulacaq.
Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
“Bu məqsədlə hazırlıq işləri görülüb. Yenidənqurma sərnişin hərəkətinə maneə yaratmamaq üçün, əsasən, gecə saatlarında həyata keçiriləcək. Gündüz stansiya yolunun işıqlandırılmasının hərəkətin təşkilinə uyğun olması üçün ehtiyat şəbəkə qurulub. İşlər çərçivəsində stansiya yolunda kosmetik işlər də aparılacaq. Buna qədər stansiyanın orta zalında əsaslı təmir işləri aparılıb. Nizami Gəncəvinin ölməz sənət əsərlərindən ibarət pannolar orijinal görkəminə qaytarılıb. Həmin zaman standiyanın orta zalının işıqlandırmama sistemi də yenidən qurulub”, – o qeyd edib.