Ukraynanın Rusiyanın işğalı altında olan Xerson vilayətində Rusiya Silahlı Qüvvələrinin “Su-25” qırıcı təyyarəsi vurulub.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Komandanlığından bildirilib.
Qeyd olunub ki, Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi Rusiyanın döyüş təyyarəsini məhv edib.