- Köşə, Xəbərlər

Tarixdən nəticə çıxarsaq…

Aytac ƏLİYARLI

Bir atalar sözü var: ”Dişin ağrıdı çək qurtar, qonşun pisdir, köç qurtar”. Tale elə gətirmişdir ki, pis qonşudan köçüb qurtarmaq olmur. Çünki pis qonşu olan əzəli düşmənimiz ermənilər bizim vətənimizə tarixi haqsızlığın nəticəsində gəlmişlər. Vaxtilə İranda Rusiyanın səfiri olmuş Qriboyedov Rus çarına göndərdiyi məktubunda xahiş edirdi ki, “əlahəzrət, ermənilərə imperiyanın mərkəzi vilayətlərində yer verməyin. Çünki onlar bir neçə onillik keçdikdən sonra iddia edəcəklər ki, bu yerlər onların ata-baba yurdlarıdır”.

Böyük türk hökmdarı Əmir Teymurun dərin nifrətlə “rəzil, alçaq” adlandırdığı  erməniləri bir xalq kimi  yer üzündən silmədiyinə görə təəssüf hissi keçirmişdir.

Onlar hansı ölkədə yaşamağa başlasalar az bir vaxtda həmin ölkənin  əhalisinin adət-ənənəsini, geyimini, musiqisini, kulinariyasını mənimsəyir və özününkiləşdirməyə başlayır. Hətta dilindəki, adlarındakı sözləri belə…. Bir erməni jurnalistin dediyi kimi: ”Erməni dilində 4200 türk sözü və bir o qədər də fars sözləri var”. Bu da erməni oğurluğunun nəticəsidir. Ermənilərin xislətindəki oğurluq yalnız torpaq, ərazi mənimsəməklə bitməyib, milli-mənəvi dəyərlərimizə qədər uzanır. Bu il biz ermənilərin daha çirkin əməlinin şahidi olduq. Onlar Kəlbəcərdə qədim daşlar üzərində erməni əlifbası ilə  sözlər  yazıb, xaç çəkir və həmin “tarixi əsərləri” sirkədə saxlayıb onu “qədimləşdiriblərmiş”.

Ermənilərdə vətənpərvərlik hissi yoxdur. Çünki onların  əsrlər boyu dövlətçiliyi olmamışdır. Onların vətənpərvərlik anlayışı məskunlaşdıqları yaşayış  yerindən o yana keçmir. ”Erməni tarixinin atası” Movses Xorenatsi belə öz xalqını ikiüzlü adlandıraraq bildirirdi: ”Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar və böyük-böyük danışmağı sevirlər”. Elə bu müştəbehliyin bariz nümunəsi olan “Böyük Ermənistan” xülyasında  da özünü göstərir.

Hərislik, intriqa, satqınlıq, yaltaqlıq, andı pozma kimi xüsusiyyətlər bu toplumun həyatdakı əsas kredosudur. Onların dələduz ve fırıldaqçı olmaları səbəbsiz deyil. Çünki ermənilər həmişə başqa dinə mənsub hökmdarların hakimiyyəti altında olmuşlar.Ona görə də onlar öz fikirlərini, hisslərini və məramlarını  gizlədən fırıldaqçı-yalançıdırlar.

Bu cür hiyləgər, saxtakar düşmənimizin olduğunu bildiyimiz halda nədən dilimizə qarşı laqeydləşək ki…? Onların saxtakarlıqla öz dillərinin kökünü daha dərinlərə daşımasını gördüyümüzə rəğmən nədən paytaxtın küçələrində əcnəbi sözlər tüğyan etməsinə göz yumaq..?

Öz zəngin söz ehtiyatı ilə bir çox dillərə meydan oxuyan bu gözəl dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının ən ümdə borcu olmalıdır! Hər bir millət öz köklərinə nə qədər bağlı olsa bir o qədər dik dayanmağa qadir olar… Mən demirəm yeni sözlərin dilimizə gəlişini əngəlləyək. Elm, texnika inkişaf etdikcə yeni sözlərin dilimizə axını davam edəcək və bu adi haldır. Əsas olan öz dilimizin üstünlüyünü ön planda tutmaqdır.

Gəlin, dilimizi sevək. Bu sevgini isə dilimizi qorumaqla, əməlimizlə isbat edə bilərik ancaq.