- Cəmiyyət

Sabahın havası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.