- Cəmiyyət

“Arsenal” “Liverpul”a qalib gəlib

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

525.az xəbər verir ki, bu gün turun mərkəzi matçında “Arsenal” “Liverpul”u qəbul edib.

Qarşılıqlı qollar şəraitində keçən qarşılaşma “Arsenal”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Arsenal” – “Liverpul” – 3:2

Qollar: Martinelli, 1 (1:0), Nunes,34 (1:1), Saka, 45+5 (2:1), Firmino, 53 (2:2), Saka, 76 (3:2)

Bu qələbə ilə xallarını 24-ə çatdıran “Arsenal” liderliyini bərpa edib. “Mançester Siti” 23 xalla 2-ci, “Tottenhem” xalla 3-cücür. “Liverpul” isə 10 xalla 10-cu pillədə qərarlaşıb.