Belarus qonşu dövlətlərlə döyüşmək niyyətində deyil.
Modern.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.
“Biz litvalılar, polyaklar, ukraynalılarla döyüşmək istəmirik. Əgər onlar istəməsələr və yanlış addımlar atmasalar, müharibə olmayacaq”, – nazir deyib
Nazir, həmçinin qeyd edib ki, ölkənin silahlı qüvvələrinin planları müdafiə xarakteri daşıyır, lakin təcavüz halında dərhal və sərt cavab veriləcək.