Kral III Çarlzın tacqoyma mərasimi gələn il mayın 6-da keçiriləcək.
APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bu barədə Bukinqem Sarayı məlumat yayıb.
Kral həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə tac taxacaq.
Qeyd edək ki, tacqoyma mərasiminin əvvəlki mərasimlərdən daha təvazökar və daha qısa olacağı ehtimal edilir.