Rusiyanın Belqorod vilayətində poliqonda terror aktı törədilib.
APA-nın Rusiya bürosunun Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi terror aktının MDB ölkələrindən birinin iki vətəndaşı tərəfindən törədiliyini qeyd edib.
Hadisənin könüllülərlə məşq zamanı baş verdiyi bildirilir.
Hücum edənlər bölmənin şəxsi heyətinə atəş açıblar.