- Cəmiyyət, Manşet

Kiyevə kamikadze dronlarla zərbələr endirilib

Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib.

“Bizə mümkün qədər tez daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, – A.Yermak yazıb.

Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenkovski rayonunda partlayışların baş verdiyini açıqlayıb.