- Cəmiyyət, Manşet

Ağdamda Milli Məclisin komitə iclasları keçiriləcək

“Parlamentin bir neçə iclası Şuşada keçirilib. Ağdam şəhəri də yenidən qurulur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat təklif edib ki, Ağdamda da komitə iclası keçirilsin:

“Şuşada şəhərsalma Forumu keçirildi. Belə forum Ağdamda da keçirilsin”.

Sədr Sahibə Qafarova təklifi dəstəkləyib.