- Cəmiyyət, Manşet

Müdafiə naziri: Ukraynaya silah təchizatında Almaniya üçün qırmızı xətt yoxdur

Almaniya ilin sonunadək Ukraynaya zirehli avtomobillər, körpüdöşəyən tanklar, haubitsalar və antidron sistemlər verəcək.

APA-nın Ukrinforma istinadla xəbərinə görə, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib.

Nazir qeyd edib ki, Ukraynaya silah təchizatında Berlin üçün qırmızı xətt yoxdur.