- Cəmiyyət

Kiyev PUA-larla bağlı BMT-yə müraciət edib

BMT Ukraynanın PUA-larla bağlı vəziyyəti yerində öyrənmək üçün ekspert göndərilməsi ilə bağlı məktubunu araşdırır.

APA xəbər verir ki, bunu BMT-nin baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

Məktubda göstərilir ki, Rusiya İran istehsalı olan PUA-lardan istifadə edir. Bununla da İran Birgə Hərtərəfli Fəaliyyət Planının tələblərini pozur.