İranın Şiraz şəhərində məqbərəyə silahlı hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Məlumatda silhalı şəxslərin üç nəfər olduğu da bildirilib.
19:21
İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə “Report” IRNA-ya istinadən xəbər verir.
Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.