Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətindəki son hərəkətləri onların ərazidən çəkilməyə hazırlaşdıqlarını göstərir.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bəyan edib.
Bildirilib ki, Knyaz Qriqori Potemkinin meyitinin qalıqlarının və mülki əhalinin Xersondan çıxarılması bu ehtimalı daha da artırır.
“2022-ci il oktyabrın 27-də Ukraynanın işğal olunmuş Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş “qubernatoru” Vladimir Saldo bəyan edib ki, artıq 70 mindən çox insan Xerson şəhərini tərk edib. 2022-ci il oktyabrın 26-da isə Saldo bəyan edib ki, Rusiya 18-ci əsrin məşhur rus dövlət xadimi, knyaz Qriqori Potemkinin qalıqlarını Dneprdən şərqdə yerləşən Xerson kafedralındakı məzarından çıxarıblar”, – Britaniya kəşfiyyatının yaydığı məlumatda qeyd olunub.