İran Xarici İşlər Nazirliyi ölkənin Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair məlumatları təkzib edib.
“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Nasir Kənani danışıb.
“İran İslam Respublikası mehriban qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirəcək”, – N.Kənani qeyd edib.