“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı bildirib.
Dövlət başçısı ilə görüşə gələn onlarla nümayişçi İrandakı etirazçıları dəstəkləyən pankartlar qaldırıblar.
C.Bayden İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlər haqqında ətraflı məlumat verməyib. ABŞ-ın Milli Təhlükəsizlik Şurası da məsələyə aydınlıq gətirməyib.