- Cəmiyyət

Deputatın obyektini yandıran şəxs hərbçi imiş

Rusiyanın Kostroma şəhərində yerləşən kafedə yanğın törədən şəxsin 23 yaşlı hərbçi Stanislav İonkin olduğu müəyyən edilib.

Modern.az xəbər verir ki, “Poliqon” kafesində güclü yanğına səbəb olan atəşi hərbçi Staislav İonkin açıb.

İstintaqa məlum olub ki, kafenin müştəriləri arasında qalmaqal yaranıb və İonkin “ovçu siqnalı” adlanan qurğudan havaya atəş açıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 49 nəfər xəsarətlərlə tibb müəssisələrinə müraciət edib.

Xatırladaq ki, “Poliqon” kafesinin sahibi Kostroma vilayət dumasının deputatı İxtiyar Mirzəyevdir.