- Cəmiyyət, Manşet

Fransada Qətər millisini terrorçu kimi təsvir edən karikatura dərc olunub

Fransanın “Le Canard Enchaine” qəzetində Qətərin 2022-ci ilin futbol üzrə Dünya Çempionatına (DÇ-2022) ev sahibliyindən bir neçə gün əvvəl bu ölkənin yığması ilə bağlı karikatura dərc edilib.

Bu barədə “Report” xarici mətbuata istinadn xəbər verir.

Belə ki, qəzetin son saylarından birində karikaturada “Qətər”in forması geyinmiş, əllərində maçete, tapança və digər silahlar tutan 7 saqqallı futbolçu təsvir olunub.

Karikaturada həmçinin bir nəfərin belinə partlayıcı kəmər taxması təsvir edilib. Rəsmdə Qətər “avtoritar əmirlik” olmaqda da ittiham edilir.

Karikatura sosial media platformalarında narazılıqlara səbəb olub. “Le Canard Enchaine” açıq-aşkar irqçiliyi və nifrəti nümayiş etdirən aşağılayıcı karikatura yayımlayıb”, – tviter istifadəçiləri qeyd ediblər.

Qeyd edək ki, noyabrın 20-dən dekabrın 18-dək 2022-ci ilin futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər dünya çempionatının ev sahibi olacaq ilk ərəb və Yaxın Şərq ölkəsi kimi tarixə düşəcək.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani daha əvvəl DÇ-2020 öncəsi ölkəsinə qarşı görünməmiş tənqid kampaniyasına sərt reaksiya verib.