- Cəmiyyət

Mövqelərimiz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən atəşə tutulub

Ermənilərin Azərbaycan Ordusuna qarşı təxribatları davam edir.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.