- Cəmiyyət, Manşet

İstanbulda törədilən terrorla bağlı Bolqarıstanda 5 nəfər saxlanılıb

Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin həyatına son qoyan terror aktı ilə bağlı 5 şübhəlini saxlayıb.

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstan milli televiziyası məlumat yayıb. Saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu qeyd edilir.

Bolqarıstan prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, 5 nəfərdən dördü 72 saat saxlanılıb və onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb. İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər.