ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıyıb.
Modern.az xəbər verir ki, müvafiq qərar komitənin iclasında qəbul edilib.
“Ukrayna xalqına qarşı törədilən cinayətlər saysız-hesabsız beynəlxalq konvensiyalara ziddir və yalnız soyqırımı kimi səciyyələndirilə bilər”, – senator Ben Cardin bildirib.
Qətnamə senatorlar Rocer Uiker, Riçard Blumental, Rob Portman tərəfindən dəstəklənib.