2022-ci il dekabrın 13-də Xəzər Universitetinin qonağı olan türkiyəli idman nümayəndələri və gənc könüllülər Bakı Gənclər Mərkəzində (BGM) oldular. Qeyd edək ki, BGM Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir.
BGM-nin direktoru Nərgiz Babayeva, əməkdaşları və Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Fatimə Vəliyevanın iştirakı ilə qonaqlarla görüş keçirildi. Nərgiz Babayeva və kollektivi qonaqlara BGM-nin fəaliyyəti haqqında geniş məlumat verib, onları mərkəzlə ətraflı tanış etdilər.
Kırşehirli könüllü, Ahi Evren Universitetinin tələbəsi Emine Ayan geniş təqdimatla çıxış etdi. Sonda Türkiyə Cümhuriyyəti Gənclər və İdman Nazirliyi Kırşehir rayon müdüri Numan Şahin BGM-nin rəhbəri Nərgiz Babayevaya təşəkkür plaketi və hədiyyə təqdim etdi və xoş qəbul üçün dərin təşəkkürünü bildirdi. Birgə xatirə şəkilləri çəkildi.