- Cəmiyyət, Manşet

BMT Təhlükəsizlik Şurasının iclasında Laçın yolundakı vəziyyət müzakirə olunacaq

BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Laçın yolundakı vəziyyət müzakirə olunacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Vaan Hunanyan məlumat verib.

Onun sözlərinə görə, BMT TŞ-nin bugünkü iclasında Laçın yolundakı vəziyyət müzakirə ediləcəik.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz çıxarılmasına və həyata keçirilən ekoloji terrora etiraz olaraq azərbaycanlı eko-fəallar 12 dekabrdan etibarən Xankəndi-Şuşa yolunda dinc aksiya keçirir.

azpost.info