“Biz İsveç və Finlandiyanın artıq addımlar atmasını gözləyirik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qambiyalı həmkarı Mamadou Tanqoru ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Ankaranın sadəcə xoş sözlərə ehtiyac yoxdur: “Bəzi terrorçuların təhvil verilməsini tələb etmişik. Sadəcə 1 nəfəri bizə verməklə nəyəsə nail ola bilməzlər. Əvvəl dediyimiz tələblər yerinə yetirilməlidir”.
M.Çavuşoğlu, həmçinin söyləyib ki, isveçli həmkarı dekabrın 22-də Türkiyəyə səfər edəcək.