- Cəmiyyət

Volodimir Zelenski ABŞ-a səfərinin məqsədini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edəcəyini təsdiqləyib.

“Report” xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.

O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir: “İkitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”.

Qeyd edək ki, V.Zelenskinin ABŞ-a səfər edəcəyi məlumatı ötən gecə yayılıb. O, bu gün ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.