- Cəmiyyət, Manşet

“Taliban” qadın müəllimlər və qız şagirdlərin məktəblərə buraxılmasını qadağan edib

Əfqanıstanda “Taliban” hakimiyyəti qadın müəllimlərin və qız şagirdlərinin məktəblərə buraxılmaması ilə bağlı göstəriş verib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, dekabrın 21-də ölkə paytaxtı Kabulun məktəblərin bir sıra məktəblərinin rəhbərliyinə qadın müəllimlərin işə gəlməmələri ilə bağlı “Taliban”ın əmri göndərilib.

Paytaxtda valideynlər bildirib ki, onların qızlarını silahlı yaraqlılar məktəblərə buraxmayıb. Məlumata görə, “Taliban” hökuməti əvvəllər ibtidai sinfin qız şagirdlərinin dərslərdə iştirakına icazə versə də, indi onlara qadağa qoyub.

Bildirilib ki, dekabrın 21-də silahlı radikallar səhər saatlarında Kabul Universitetinin qapısında toplaşaraq qız tələbələrin təhsil müəssisəsinə buraxılmamasını yoxlayıblar.

“Taliban” hökuməti növbəti bildirişə qədər universitetlərdən qız tələbələr üçün dərslərin dayandırılmasını tələb edib.

Onlar bu məhdudiyyətləri ölkədə “uyğun İslam mühiti”nin yaradılmasının “zəruriliyi” ilə izah edib.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel “Taliban”ın əfqan qadınlarının ali təhsilini dayandırmaq qərarını qətiyyətlə pisləyib. O bu barədə tviterdə yazıb.

C.Borel bildirib ki, bu, dünyada əfqanların hüquq və istəklərini pozan və Əfqanıstanı qadınların cəmiyyətə verdiyi töhfələrdən məhrum edən addımdır.

Aİ nümayəndəsi, həmçinin bildirib ki, gender ayrıseçkiliyi insanlığa qarşı cinayətdir.