- Cəmiyyət

Sülhməramlılar çadırları söküb, konteynerləri götürüblər

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının qurduqları digər konteyner və generator ərazidən götürülüb.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, konteyner və generator kran vasitəsilə ilə iki yük maşınına yığılıb.

Konteyner digər əraziyə – Laçın istiqamətinə aparılır.

Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.

Ərazidə Rusiya sülhməramlılarının heç bir konteyneri qalmayıb, orada yalnız müvəqqəti yaradılmış post və bir neçə sülhməramlı xidmət aparır.

Hazırda aksiya davam edir, etirazçılar ekologiyanı qorumağa çağıran müxtəlif şüarlar səsləndirirlər.