- Manşet, Mədəniyyət

Erməni vandalizmi: faktların dili ilə (VIII hissə). Azərbaycanın işğal altındakı ərazilərindən oğurlanıb Ermənistana aparılmış muzey eksponatları və digər mədəni irs nümunələri

Ermənistan Respublikasının Azərbaycan ərazilərinə silahlı təcavüzü nəticəsində 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, dağıdılmış, məhv edilmiş və qarət edilərək Ermənistana aparılmışdır.
150 000-dən çox daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatları və rəsm əsərləri ermənilər tərəfindən münaqişə ərazisindən çıxarılmış, onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan
şəhərinin müxtəlif müəsisələrində saxlayırlar.

Ermənistan tərəfindən işğal edilmiş ərazilərdaə qalan Muzeylər və eksponattların sayları haqqında
M Ə L U M A T

S № adı eksponatların sayı

1 Tarix Diyarşunaslıq muzeyi  22591  Xankəndi şəhəri
2 Şuşa tarix muzeyi  5000  Şuşa şəhəri
3 Ü.Hacıbəyovun ev muzeyi  300  Şuşa şəhəri
4 Bül-Bülün ev muzeyi   369   Şuşa şəhəri
5 Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialı 163 Şuşa şəhəri
6 Qarabağ Dövlət Tarix Muzeyi  500  Şuşa şəhəri
7 Qarabağ Ədəbiyyat Muzeyi  10000  Şuşa şəhəri
8 Mir Möhsün Nəvvabın ev Muzeyi  100  Şuşa şəhəri
9 Tarix Diyarşunaslıq muzeyi  2000  Ağdam şəhəri
10 Çörək muzeyi  694  Ağdam şəhəri
11 Qurban Primovun xatirə muzeyi  700  Ağdam şəhəri
12 Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi  500  Ağdam şəhəri
13 Tarix Diyarşunaslıq muzeyi  2290  Ağdərə şəhəri
14 Tarix Diyarşunaslıq muzeyi  5000  Füzuli şəhəri
15 Xalq Tətbiqi Sənəti Muzeyi  800  Füzuli şəhəri
16 Tarix Diyarşunaslıq muzeyi 3200 Hadrud şəhəri
17 Tarix Diyarşunaslıq muzeyi  3000  Qubadlı şəhəri
18 Tarix Diyarşunaslıq muzeyi  5000  Laçın şəhəri
19 Sarı Aşığın xatirə muzeyi  500  Laçın rayonu Güləbird kəndi
20 Tarix Diyarşunaslıq muzeyi  32000  Kəlbəcər şəhəri
21 Tarix Diyarşunaslıq muzeyi  2000  Cəbrayıl şəhəri
22 Tarix Diyarşunaslıq muzeyi  6000  Zəngilan şəhəri
23 Daş muzey  50  Zəngilan şəhəri

Cəmi: 102 757

Dövlət Rəsm Qalareyaları haqqında  M Ə L U M A T 

S№ Adı Eksponatların sayı

1 Dövlət Rəsm Qalareyası  90  Şuşa şəhəri
2 Dövlət Rəsm Qalareyası  62  Qubadlı şəhəri
3 Dövlət Rəsm Qalareyası  50  Laçın şəhəri
4 Dövlət Rəsm Qalareyası  174  Xankəndi şəhəri

Cəmi eksponat 376

Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi

Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi növünə görə tarix, arxeologiya, etnoqrfiya muzeyi olmuşdur. Muzey 1980-ci ildə tikilib. Muzeydəki eksponatların sayı 30 000 (otuz min) ədəddən çox olub. Muzeyin Bolqarıstan, Hindistan, Çin Xalq Respublikası, ABŞ, Almaniya, İtaliya,
Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən cox alimi ilə əlaqəsi var idi. Müzeyin ümumi sahəsi 900 kv/metr-dən çox idi. Müzey bir dəhlizdən, 3 otaqdan, 9 nümayiş salonundan və bir fonddan ibarət idi. Muzeyin ətraf divarlarında 2037 rəng çaları olan
müxtəlif daşlardan istifadə edilmişdi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyalar açıq havada nümayiş etdirilirdi.
Kəlbəcər Muzeyi 1993-ci il aprel ayının 03-dən 2020-ci ilə qədər Ermənistanın Respublikası Hərbi Qüvvələrinin işğalı altında olmuşdur. Ermənistan Respublikası Silahlı Qüvvələri Azərbaycan ərazisini işğal etdikdən sonra Kəlbəcər muzeyi tamamilə dağıdıldı, eksponatları talan edilərək
Ermənistan Respublikasının İrəvan şəhərinə aparıldı. Kəlbəcər Muzeyi Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır:

• Muzey kompleksi tamamilə dağıdılaraq yerlə yeksan edildi.
• Otuz iki mindən çox qiymətli eksponat, talan edilərək Ermənistan Respublikasına aparıldı.
• Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyalar sındırılaraq məhv edildi.

12
3

Kəlbəcər tarix diyarşunaslıq muzeyi işğaldan sonra

Laçın Tarix-diyarşünaslıq muzeyi

Muzeyin yerləşdiyi bina XX əsri əvvəllərində tikilmişdi, bu bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin binası Sovet Hakimiyyətinin ilk illərində Pedoqoji Texnikomun fəaliyyəti üçün nəzərdə tutulmuş lakin sonralar bu bina şəhər VIII illik məktəb kimi fəaliyyətini davam etdirmişdir. 1974-cü idə isə Laçın Tarix Diyarşunaslıq muzeyinin istifadəsinə verilmişdir. Abidə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
1
Laçın rayon Tarix-diyarşünaslıq muzeyi işğaldan əvvəl
2
Laçın rayon Tarix-diyarşünaslıq muzeyi işğaldan sonra

Müzeyin ümumi sahəsi 1200 kv/metr-dən çox idi. Müzey bir dəhlizdən, 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan və həyətdə yerləşən su hovuzundan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyalar açıq havada nümayiş etdirilirdi. Laçın Muzeyi 1974-1992-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərmişdi. Laçın Tarix Diyarşunaslıq Muzeyi 1992-ci il may ayının 18-dən etibarən 28 il Ermənistanın Respublikası
Hərbi Silahlı Qüvvələrinin işğalı altında olmuşdur.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-1994-cü illardə Azərbaycan ərazilərini işğal etdikdən sonra Laçın muzeyi tamamilə dağıdıldı, eksponatları talan edilərək Ermənistan Respublikasının İrəvan şəhərinə aparıldı. Laçın Tarix Diyarşunaslıq Muzeyi, Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır:
 Muzey kompleksi tamamilə dağıdılaraq yerlə yeksan edildi.
 Beş mindən çox qiymətli eksponat, talan edilərək Ermənistan Respublikasına aparıldı.
 Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd
 təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir
 çox digər məişət əşyalar sındırılaraq məhv edildi.