Qubada Azərbaycan-Türlkiyə qardaşlıq parkı salınacaq.
Trend-in məlumatına görə, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) nümayəndə heyəti ilə görüşü zamanı Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib.
O qeyd edib ki, hazırda parkın inşası ilə əlaqədər müzakirələr aparılır.
Qeyd edək ki, bu gün MUSİAD nümayəndə heyəti Qubaya rayonuna səfər edib.
Tanışlıq xarakteri daşıyan səfər zamanı MUSİAD nümayəndə heyəti ilə İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev arasında görüş olub.
Görüş zamanı MUSİAD heyəti Quba rayonundna investisiya mühitini müzakirə edib, türkiəyli iş adamlarının artan marağı qeyd olunub.
Tərəflər azərbaycanlı və türkiyəli iş adamlarılnın təcrübə mabadiləsi məsələsini müzakirə ediblər.
Görüşün sonunda türkiyəli qonaqlar tərəfindən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə simvolik olaraq xatirə hədiyyəsi təqdim edilib.
Məlumat üçün bildirək ki, dünən MUSİAD nümayəndə heyəti Xaçmaz rayonuna səfər edib.