XVIII əsrin sonlarından, ta XXI əsrədək, Çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülən ermənilər tərəfindən Azərbaycan xalqı, daim ərazi itkisi ilə üzləşdiyindən, həm də özünün mədəniyyətinin böyük itkisi və tariximinin təhrif edilməsi ilə üz – üzə qalmışdır. Bu gün Azərbaycanın işğal altındakı ərazilərindəki tarix və mədəniyyət abidələrinin memarlıq quruluşları dəyişdirilir, tarixləri saxtalaşdırılır, mədəni irs nümunələri hərraca çıxarılır, toponimlər və inzibati yaşayış yerlərinin adları dəyişdirilərək erməni adları ilə əvəz edilir. 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni
dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilmiş və bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuş,
Azərbaycanın əhalisinə, ərazisinə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına, bitki və heyvanat aləminə böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Yuxarıda göstərildiyi kimi, Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycanın mədəni irsinə 177 milyard manat maddi zərər dəymişdir. Bu zərərin miqdarının dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həll edilməsi bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir.
Aydındır ki, Ermənistanın Azərbaycanın mədəni irsinə vurduğu zərərin tam həcmdə ödənilməsi zərurətini yaradır. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir. Ermənistan Azərbaycana qarşı silahlı təcavüz yolu ilə Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi “Təcavüzün tərifi” adlı 3314 (XXIX) saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, “təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı beynəlxalq məsuliyyət doğurur.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin
“işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit
edir.
Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, suni şəkildə, Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurmuşdur. Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz etməsi, eyni zamanda Azərbaycanın mədəni irsinə qarşı soyqırım cinayətləri törətməsi, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi Ermənistanın tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyət doğurduğunu sübut edir. BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib.
Bu müddəa, eyni zamanda, BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı “Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar” adlı qətnamə ilə bir daha təsdiq olunmuşdur. Bu qətnamənin “Vurulmuş zərərin ödənilməsi” adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, və həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.
BMT Baş Assambleyasının “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” qətnaməsinə əlavənin 35-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllərə görə məsuliyyət daşıyan dövlət restitusiyanı həyata keçirməlidir. Belə ki, restitusiya hüquqazidd əməlin
törədilməsinə qədər mövcud olan vəziyyətin bərpa edilməsini özündə ehtiva edir. Bu isə restitusiya vasitəsilə əvvəlki maddi vəziyyətin və qeyri-maddi hüquqların bərpa edilməsi deməkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması, Ermənistan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə qarşı törədilən hüquqa zidd əməllərdən imtina edilməsi deməkdir.
Bundan əlavə, restitusiya Ermənistan tərəfinin Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ermənistan Ali Sovetinin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağın bu dövlətin ərazisi elan edilməsi və digər qanunsuz qəbul edilmiş
bütün normativ aktlarının ləğv edilməsini də özündə ehtiva edir. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 37-ci maddəsinə əsasən beynəlxalq hüquqazidd əməllərə görə məsuliyyət daşıyan dövlət bu əməllər nəticəsində vurulmuş zərərin restitusiya və ya kompensasiya ilə ödənilə bilməyən hissəsi qədər satisfaksiya təqdim etməlidir. Satisfaksiya pozuntuların etiraf edilməsindən, təəssüf edilməsindən, rəsmi üzr
istənilməsindən və ya digər müvafiq formadan ibarət ola bilər. Qeyd edilməlidir ki, satisfaksiya halında pul şəklində ödəmələr də mümkündür və bu halda belə ödəmələr mənəvi zərərin ödənilməsi forması şəklində olur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair satisfaksiya Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz faktını etiraf etməsi, Azərbaycan torpaqlarının işğalı faktını etiraf etməsi, Xocalıda törədilmiş soyqırımı etiraf etməsi, Azərbaycan xalqı qarşısında rəsmi üzr
istəməsi formalarında ola bilər. Öz hərəkətləri ilə beynəlxalq hüquqazidd əmələ gətirib çıxarmış şəxslərin cəzalandırılması da satisfaksiyanın bir forması ola bilər. Göründüyü kimi, Azərbaycanın Ermənistanın beynəlxalq hüquqazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə təzminat almaq hüququ var və bunun üçün müvafiq beynəlxalq-hüquqi mexanizmlər mövcuddur. Azərbaycanın ona dəymiş zərərin müqabilində
müvafiq təzminat almaq hüququna malik olması beynəlxalq təşkilatların qərarlarında da təsdiqlənmişdir. Misal üçün, 13-14 Mart 2008-ci il, Dakar, Seneqal Respublikasında keçirilmiş On birinci Zirvə Görüşündə (“Müsəlman Umması 21-ci əsrdə”), “İslamın müqəddəs yerlərinin
qorunması haqqında” 2/11-C (İS) saylı qətnaməsinin 4-cü bəndində İKT “Azərbaycanın ona dəymiş ziyanın müqabilində təzminat almaq hüququna malik olduğunu hesab edir və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam məsuliyyət daşıdığını təsdiq edir”. Eyni məzmunlu
müddəalar İKT-nin digər sənədlərində də öz əksini tapmışdır. Məsələn, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 10/11-P (IS) saylı qətnaməsinin 22-ci bəndində qeyd olunur ki, İKT: “Azərbaycanın məruz qaldığı zərərlərə görə
müvafiq kompensasiya hüququ olduğunu hesab edir və bu zərərlərə görə adekvat kompensasiya ödənilməsi məsuliyyətini Ermənistanın üzərinə qoyur”.
Beləliklə, aydındır ki, Azərbaycana vurulmuş maddi və mənəvi zərərin ödənilməsi problemi Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılmasının və bütövlükdə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin vacib aspektlərindən biridir.
Erməni vandallığı, Beynəlxalq təşkilatların qərarlarıyla ifşa edilir.
Ermənistan Respublikasının silahlı quvvələrinin 1988-1994-cü illərdə Azərbaycana qarşı hərbi təcavuzu nəticəsində Azərbaycan torpaqlarınm 20 faizini o cümlədən kecmiş DQMV-nin inzibati ərazisinə daxil olmayan, yeddi rayon da işğal edildi. Bu fakt Ermənistanın Dağlıq Qarabağ ermənilərinin “üz müqəddaratlarını” təyin etmə iddialarını alt-üst edir. Hadisə faktiki olaraq Ermənistanın Azərbaycan ərazilərinə işğal məqsədi ilə təcavüz etdiyini təsdiqləyir. Beləki, Azərbaycamn işğal altında olan Dağlıq Qarabağ ətrafındakı
rayonlarının ərazisi, Dağlıq Qarabağ bolgəsinin ərazisindən dord dəfə boyuk idi. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin ümumi sahəsinə aşağıdakı inzibati ərazi vahidləri daxildir:
Dağlıq Qarabağ regionunun ərazisi (keçmiş DQMV);
Dağlıq Qarabağla həmsərhəd olan yeddi rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) ərazisi;
Ermənistanla həmsərhəd olan dörd rayonun (Qazax, Ağstafa, Tovuz və Gədəbəy) ərazisi;
Cəbhə xəttinə yaxın olan dörd rayonun (Tərtər, Goranboy, Ağcabədi və Beyləqan) ərazisi;
Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonlarının ərazisi. Ermənistan Respublikası beynəlxalq hüquq normalarmı və BMT Nizamnaməsini kobud şəkildə pozaraq, sulhə və beynəlxalq təhlukəsizliyə qarşı cinayət sayılan əmələ yol verərək Azərbaycanın 20% ərazisini işğal etdi. Azərbaycan torpaqlarınm işğalına və vurduğu zərərə görə gorə Ermənistan beynəlxalq-huquqi məsuliyyət daşıyır. Bu fakt bir çox nufuzlu beynəlxalq
təşkilatların, o cumlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlukəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Ittifaqı, Islam Əməkdaşlıq Təşkilatı, Şimali Atlantika Muqaviləsi Təşkilatı (NATO) kimi beynəlxalq dovlətlərarası təşkilatlarm Dağlıq Qarabağ munaqişəsinə aid
qərarlarında oz əksini tapmışdır.
Birləşmiş Millətlər Təşkilatı:
BMT-nin Təhlukəsizlik Şurası Kəlbəcər rayonunun işğalı ilə bağlı 30 aprel 1993-cu ildə 822 saylı qətnamə qəbul etdi. BMT Təhlukəsizlik Şurasmm bu qətnaməsi boyuk siyasi və huquqi əhəmiyyətə malikdir.
1. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsinə dair bu BMT Təhlukəsizlik Şurası tərəfindən qəbul edilən ilk qətnamədir.
2. bu qətnamədə BMT Təhlukəsizlik Şurasmm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsinə dair munasibətinin ilk cizgiləri muəyyən edilib. Belə ki, qətnamədə BMT Təhlukəsizlik Şurası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında munasibətlərin pisləşməsi ilə bağlı oz dərin narahatlığını bildirir. Cox guman ki, burada bu munaqişənin dovlətlərarası munaqişə olduğuna işarə edilir.
3. bu munaqişənin xarakterinə qiymət verilir və bu munaqişə regionda sulhə və təhlukəsizliyə təhlukə yaradan hal kimi qiymətləndirilir.
4. bu regionda olan butun dovlətlərin, o cumlədən Azərbaycan Respublikasmın ərazi butovluyunu, suverenliyini, sərhədlərinin toxunulmazlığmı təsdiqləyir.
5. ərazi əldə edilməsi ucun gucdən istifadə edilməsinin yolverilməzliyini təsdiqləyir. Bununla da BMT Təhlukəsizlik Şurası gucdən istifadə etməklə başqa dovlətin ərazisinin əldə edilməsinin yolverilməzliyinin huquqi əsasını muəyyən edir. Məhz bu huquqi əsas BMT Təhlukəsizlik Şurasma Azərbaycanm bütün işğal edilmiş ərazilərindən işğalçı quvvələrin dərhal cıxarılmasının tələb edilməsinə imkan yaratdı. BMT-nin Təhlukəsizlik Şurası Azərbaycanm Ağdam rayonunun işğal edilməsi ilə bağlı 29 iyul 1993-cu ildə 853 saylı qətnamə qəbul etdi. Bu sənədlə BMT TŞ beynəlxalq sərhədlərin
toxunulmazlığım və ərazi əldə edilməsi ucun gucdən istifadə edilməsinin yolverilməzliyini təsdiqləyərək, Ağdam rayonunun və Azərbaycan Respublikasının digər rayonlanmn işğal edilməsi faktmı pislədi və işğalcı quvvələrin Ağdam rayonundan və butun digər işğal edilmiş Azərbaycan
rayonlarmdan dərhal, tam və şərtsiz cıxarılmasım tələb etdi.
BMT Təhlukəsizlik Şurasınm bu qətnaməsinin 9 bəndində “Azərbaycanm Dağhq Qarabağ
regionunun “erməniləri” ifadəsi əks olunub və bunu xususi qeyd etmək cox vacibdir.
Dağhq Qarabağ regionunun “erməniləri” ifadəsi Dağlıq Qarabağın Azərbaycanm region olması faktını acıq-aşkar təsdiqləyir.
1. burada yaşayan əhali, ermənilərin iddia etdiyi kimi, movcud olmayan “Dağlıq Qarabağ xalqı” yox, Azərbaycamn Dağlıq Qarabağ regiommda yaşayan ermənilərin, yəni erməni icmasmm üzvləri olduğunu təsdiqləyir.
2. bu qətnamədə BMT Təhlukəsizlik Şurasmın 822 saylı qətnaməsində oz əksini tapmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasmda munasibətlərin pisləşməsi ilə bağlı oz dərin narahatlığmm bildirilməsi” ifadəsinə “onların arasmda artan gərginlik” sozlərini də əlavə olunmuşdur. Bu, BMT Təhlukəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ munaqişəsinin, oz təbiətinə gorə, məhz dovlətlərarası miinaqişənin olması faktının getdikcə daha aydm təsəvvür etməsini əks etdirir.
3. əgər BMT Təhlukəsizlik Şurasınm 822 saylı qətnaməsində “regionda, xususən Kəlbəcər rayonunda, fovqəladə humanitar vəziyyətdən və coxlu sayda mulki şəxslərin yerdəyişməsi” ilə bağlı dərin narahatlığım bildirilirdisə, artıq bu ifadə daha da dəqiqləşdirilir və gostərilir ki, “regionda fovqəladə humanitar vəziyyətdən və Azərbaycanda coxlu sayda mulki şəxslərin yerdəyişməsindən” dərin narahatlığmı bildirir.
Bununla da bu sənəddə gostərilir ki, əsasən Azərbaycan mulki əhalisi “yerdəyişməyə”, əslində isə etnik təmizlənməyə məruz qalıb.
4. əgər BMT Təhlukəsizlik Şurasmm 822 saylı qətnaməsində bu regionda olan butun dovlətlərin suverenliyi və ərazi butovluyunə hormət edilməsi təsdiqlənirdisə, BMT Təhlukəsizlik Şurasmm 853 saylı qətnaməsində, ilk novbədə Azərbaycanm, sonra isə regionda olan digər olkələrin suverenliyinə və ərazi butovluyunə hormət edilməsi təsdiqlənir. Hərbi əməliyyatlarm butovlukdə Azərbaycanm ərazisində apanldığını nəzərə
alsaq, belə bir qənaətə gəlmək olar ki, burada sohbət əsasən Azərbaycanm suverenliyinə və ərazi butovluyunə hormət edilməsindən gedir və bu amili BMT-nin Təhlukəsizlik Şurası xususi vurğulayır.
BMT-nin Təhlukəsizlik Şurası 14 oktyabr 1993-cu ildə 874 saylı qətnaməsində yenidən Azərbaycanın və regionda olan digər dovlətlərin suverenliyini və ərazi butovluyunu, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə edilməsi ucun gucdən istifadə edilməsinin yolverilməzliyini təsdiqləyərək və Azərbaycanda coxlu sayda mulki şəxslərin yerdəyişməsi ilə bağlı oz ciddi narahathğmı bildirərək, Azərbaycanm işğal olunmuş ərazilərindən erməni
quvvələrinin cıxarılmasma cağırdı. Bu qətnamənin preambulasmda həm də “Azərbaycamn Dağlıq Qarabağ regionu və onun ətrafında munaqişə” ifadəsi oz əksini tapmışdır. Bu ifadənin cox vacib əhəmiyyəti var. Burada sohbət təkcə Dağlıq Qarabağ regionunda olan munaqişədən
getmir, həm də “onun ətrafmda munaqişədən” gedir. BMT-nin Təhlukəsizlik Şurası 12 noyabr 1993-cu ildə ozunun qəbul etdiyi 884 saylı
qətnaməsində, Azərbaycanm Horadiz şəhərinin və Zəngilan rayonunun işğalını narahatcılıqla qeyd edərək, Azərbaycanm və regionda olan digər dovlətlərin suverenliyini və ərazi butovluyunu, həm də beynəlxalq sərhədlərin toxunulmazlığmı və ərazi əldə edilməsi ucun gucdən istifadə
edilməsinin yolverilməzliyini təsdiqləyərək, boyuk sayda mulki şəxslərin son yerdəyişməsi halı və Horadiz şəhərində və Zəngilan rayonunda və Azərbaycanın cənub sərhədində yaranan fovqəladə humanitar vəziyyət ilə bağlı oz ciddi narahatlığını ifadə edərək, Horadiz şəhərinin və
Zəngilan rayonunun işğal edilməsini, dinc əhaliyə hucumları və Azərbaycan Respublikası ərazisinin atəşə tutulmasmı pislədi və işğalcı quvvələrin Zəngilan rayonundan birtərəfli cıxardılmasını və umumilikdə işğalcı quvvələrin digər işğal olunmuş Azərbaycan rayonlarından cıxardılmasını tələb etdi.
Bu qətnamənin preambulasmda da “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafmda munaqişə” ifadəsi oz əksini tapmışdır. Bundan əlavə, qətnamənin 2-ci bəndində həm də “Azərbaycanm Dağlıq Qarabağ regionunun erməniləri” ifadəsi də əks olunub. Beləliklə, bu
beynəlxalq-huquqi sənədlərin təhlili belə bir nəticəyə gəlmək ucun əsas verir :
1. BMT Təhlukəsizlik Şurası oz qətnamələrində birmənalı olaraq Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olmasım təsdiqləyir.
2. BMT Təhlukəsizlik Şurasmm qətnamələrində Azərbaycamn suverenliyi, ərazi butovluyu və onun beynəlxalq səviyyədə tanmmış sərhədləri dəstəklənir. Bu qətnamələrdə digər dovlətlərin ərazisinin əldə edilməsi ucun gucdən istifadə olunmasmın yolverilməzliyi xususi vurğulanır və erməni quvvələri tərəfindən Azərbaycan ərazisinin işğalı və dinc əhaliyə qarşı hucumlar qətiyyətlə pislənir.
3. BMT Təhlukəsizlik Şurasımn qətnamələrində erməni işğalcı quvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal cıxardılması tələb olunur. BMT Təhlukəsizlik Şurası ilə yanaşı Ermənistan-Azərbaycan Dağhq Qarabağ munaqişəsinə dair BMT Baş Assambleyası tərəfindən də bir necə muhum əhəmiyyətli qətnamə və qərar qəbul edilmişdir.
BMT Baş Assambleyası
Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasınm Dağlıq Qarabağ regionu” ifadəsi BMT Baş Assambleyasımn qətnamələrində də oz əksini tapmışdır. Belə ki, BMT Baş Assambleyası tərəfindən, baş komitələrə vermədən, qəbul olunmuş 16 yanvar 1998-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlukəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq haqqmda” qətnamənin 16-cı bəndində “Azərbaycan Respublikasınm Dağlıq Qarabağ regionu və onun ətrafmda olan munaqişə” ifadəsi əks olunmuşdur. Analoji ifadə BMT Baş Assambleyası tərəfindən 9 fevral 2000-ci ildə, 2 mart 2001-ci ildə, 14 fevral 2002-ci ildə, 6 fevral 2003-cu ildə qəbul olunmuş qətnamələrdə oz əksini tapmışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsinə və bu munaqişə nəticəsində humanitar sahədə yaranmış ağır nəticələrin aradan qaldırılmasına dair BMT-nin Baş Assambleyası ozunun 48-ci sessiyasının 20 dekabr 1993-cu ildə kecirilmiş 85-ci plenar iclasmda “Azərbaycanda
qacqmlara və məcburi kockunlərə fovqəladə beynəlxalq yardımın gostərilməsi haqqmda” qətnamə qəbul etmişdir Bu sənəddə ilk dəfə BMT səviyyəsində etiraf edilir ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ munaqişəsi nəticəsində Azərbaycanda humanitar vəziyyət ciddi şəkildə pisləşmiş və Azərbaycanda qacqm və məcburi kockunlərin sayı bir milyonu kecmişdir.
BMT Baş Assambleyası 7 sentyabr 2006-cı ildə kecirilmiş 61- ci sessiyasınm 98-cı plenar iclasmda “Azərbaycanm işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə qəbul etmişdir. Bu qətnamə erməni işğalcılarımn Qarabağda və ona bitişik olan ərazilərdə torətdikləri yanğmlarla
bağlı yaranmış vəziyyətə həsr olunmuşdur. BMT Baş Assambleyasının bu qətnaməsinin həm adında, həm də mətində “Azərbaycamn işğal olunmuş əraziləri” ifadəsi oz əksini tapmışdır. Qətnamənin adı cox məqamlardan məlumat verir. Qəmamənin adından göründüyü kimi bu
sənəddə Azərbaycan torpaqlarınm işğal olunması faktı etiraf edilir. “Azərbaycan Respublikasmm Dağlıq Qarabağ regionu” ifadəsi həm də BMT Baş Assambleyasmm 14 mart 2008-ci ildə kecirilmiş 62 sessiyasmda qəbul etdiyi “Azərbaycanm işğal olunmuş ərazilərində vəziyyət” adlı
qətnaməsində də oz əksini tapmışdır. BMT Baş Assambleyasının bu qətnaməsini xususi qeyd etmək lazımdır. Qətnamədə beynəlxalq səviyyədə tanmmış sərhədlər cərcivəsində Azərbaycan Respublikasmın suverenliyinə və ərazi butovluyunə dəstək verilməsi və daimi hormət edilməsi
qeyd edilir, Azərbaycan Respublikasmın butun işğal olunmuş ərazilərindən erməni quvvələrinin dərhal, tam və şərtsiz cıxarılması tələb olunur.
Qətnamədə yenidən Azərbaycan Respublikasmm beynəlxalq səviyyədə tanınmış sərhədləri cərcivəsində ərazi butovluyunun dəstəklənməsinə və suverenliyinə daimi hormət edilməsi bəyan edilir və Azərbaycan Respublikasmm butun işğal olunmuş ərazilərindən erməni quvvələrinin
qeyd-şərtsiz cıxardılması tələb olunur.
Bu sənəddə həm də Azərbaycan Respublikasmm işğal olunmuş ərazilərindən qovulmuş əhalinin oz evlərinə qayıtması onlarm ayrılmaz huququ kimi təsdiqlənir və belə qayıdış ucun mudaxilədən zərərcəkmiş ərazilərin hərtərəfli reabilitasiyası da daxil olmaqla, butun lazımi şəraitin yaradılması
zərurəti qeyd olunur. Bununla yanaşı, Azərbaycan Respublikasınm Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmaları ucun normal, təhlukəsizlik və bərabər yaşayış şəraitinin təmin edilməsi zərurəti etiraf edilir
Gostərilir ki, bu regionda Azərbaycan Respublikasmm hududları cərcivəsində özünüidarəetmənin effektiv demokratik sistemi üçün imkan yaradılacaqdır. Sənəddə həm də xususi qeyd olunur ki, Azərbaycan Respublikasmm ərazilərinin işğal olunması nəticəsində yaranmış vəziyyətin qanuni
olmasım hec bir dovlət tanımamalıdır və belə vəziyyətin saxlanılmasma komək və ya yardım etməməlidir.
Qeyd etmək lazımdır ki, bu qətnamə birdəfəlik xarakter daşımır. Qətnamənin 8-ci bəndində BMT Baş Katibindən bu qətnamənin həyata kecirilməsinə dair hərtərəfli məruzə təqdim edilməsi xahişi əks olunmuşdur. Bundan əlavə, qətnamənin 9-cu bəndi “Azərbaycamn işğal olunmuş ərazilərində
vəziyyət” adlı məsələni Baş Məclisin 63-cu sessiyasmın gundəliyinə salınmasmı nəzərdə tutur. Onu da qeyd etmək lazımdır ki, bu qətnamələrlə yanaşı BMT Baş Assambleyası, Ermənistanm və onun himayədarlarınm butun əks hərəkətlərinə, tədbirlərinə baxmayaraq GUAM olkələrinin
təşəbbusu ilə qaldırılmış kecmiş SSRİ ərazisində dondurulmuş munaqişələr haqqmda “GUAM məkanmda dondurulmuş munaqişələr və beynəlxalq sulhə, təhlukəsizliyə və inkişafa onlarm təsiri” adlı məsələnin 61-ci sessiyanın gundəliyinə salınması haqqmda qərar qəbul etdi . Sonradan
bu məsələ BMT-nin Baş Assambleyasınm 62-ci, daha sonar 63-cu və 64-cu sessiyalarmın və yenidən 65-cu sessiyasının gundəliyinə salındı.
AŞPA 2008-ci ildə ozunun yay sessiyasmda bir daha Azərbaycanm ərazi bütövlüyünə oz dəstəyini gostərdi. AŞPA-nm bu sessiyasmda 6 iyun 2008-ci ildə xususi məruzəçilər Andreas Herkel və Yevgeniya Jivkova tərəfindən edilmiş “Azərbaycanda demokratik institutların fəaliyyət
gostərməsi haqqmda” məruzə əsasında 24 iyul 2008-ci ildə 1614 saylı eyniadlı qətnamə qəbul etmişdir. Bu qətnamənin 25.1 bəndində deyilir: “Assambleya hesab edir ki, olkənin ərazi butovluyu bərpa edilməyənə qədər Azərbaycanda sabit demokratik inkişaf cox cətin olacaqdır”.
AŞPA-nın 1614 saylı qətnaməsinin 25.2 bəndində deyilir ki, “Assambleya BMT-nin Baş Assambleyasınm 14 mart 2008-ci tarixində qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında”qətnaməsini nəzərə alır”.
Yuxarıda qeyd edildiyi kimi, BMT Baş Assambleyası ozunun 14 mart 2008-ci il tarixli qətnaməsində Azərbaycanxn Dağlıq Qarabağ regionu və onun ətrafında hərbi munaqişənin beynəlxalq sulhə və təhlukəsizliyə təhlukə yaratmaqda davam etməsindən oz ciddi narahatlığım
bildirir, Azərbaycanm ərazi butovluyunu təsdiqləyir, Azərbaycanxn beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verir və işğal olunmuş ərazilərdən erməni silahlı quvvələrinin dərhal çıxarılmasını tələb edir. Beləliklə, AŞPA BMT Baş Assambleyasınm 14 mart 2008-ci il
tarixli “Azərbaycanxn işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnaməsinə oz dəstəyini bildirdi, Dağlıq Qarabağ regionunun ərazi mənsubiyyətini Azərbaycana məxsus olduğunu təsdiqlədi və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi quvvələrinin dərhal
cxxarılmasmı tələb etdi.
İslam Konfransı Təşkilatı
Seneqalm paytaxtı Dakar şəhərində İKT Dovlət və Hokumət Başcılarınm 13-14 mart 2008-ci ildə kecirilmiş XI zirvə goruşundə İKT-nın ikinci və hal-hazırda quvvədə olan Nizamnaməsi qəbul olunmuşdur. Bu Nizamnamə 18 fəsildə 39 maddə birləşdirir. İKT Nizamnaməsinin 1-ci fəslin 1-ci maddəsinin 4-cu bəndində, Azərbaycanm səyləri nəticəsində işğal altmda olan dovlətlərin oz ərazi butovluyunu bərpa etməsi huququnun üzv dovlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə muddəa təsbit edildi. Bu isə, oz novbəsində, olkəmiz ucun gələcək xarici siyasət kursunun istiqamətləndirilməsinin huquqi bazasmın mohkəmləndirilməsində mustəsna əhəmiyyət kəsb edir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsinə dair muddəalar İKT-yə uzv olkələrin dovlət və hokumət başcılarının zirvə goruşlərində qəbul olunmuş muxtəlif sənədlərlə yanaşı, həm də İKT Xarici İşlər Nazirləri Şurasımn sessiyalarmda qəbul olunmuş muxtəlif sənədlərdə, o cumlədən yekun kommunike və bəyanatlarda və coxsaylı qətnamələrdə də oz əksini tapmışdır. İKT Xarici İşlər Nazirləri Şurasının Turkiyənin İstanbul şəhərində 17-18 iyun 1992-ci ildə kecirilmiş 5-ci fovqəladə sessiyasımn Yekun Kommunikesinin 15-ci bəndi;
7-9 sentyabr 1994-ci ildə Pakistan İslam Respublikasının İslamabad şəhərində kecirilmiş İKT Xarici İşlər Nazirləri Şurasmm 7-ci fovqəladə sessiyasmm Yekun Kommunikesinin “Ermənistan və Azərbaycan arasmda munaqişə” bölməsinin 64, 65, 66, 67, 68, 69, 70-ci bəndləri və
“Ermənistan və Azərbaycan arasmda munaqişə haqqmda” Qətnamə;
25-29 aprel 1993-cu ildə Pakistan İslam Respublikasmın Kəraci şəhərində kecirilmiş İKT Xarici İşlər Nazirləri Şurasınm 21-ci sessiyasının Yekun Kommunikesinin 44 bəndi və “Ermənistan və Azərbaycan arasında munaqişə haqqında” Qətnamə;
10-12 Dekabr 1994-cu ildə Mərakeş Krallığmın Kasablanka şəhərində kecirilmiş İKT Xarici İşlər Nazirləri Şurasxnxn 22-ci sessiyasmm Yekun Kommunikesinin: Azərbaycan-Ermənistan bolməsinin 70, 71, 72, 73-cu bəndləri və, bununla yanaşı, “Ermənistan və Azərbaycan arasında
munaqişə haqqında” “Azərbaycan Respublikasma iqtisadi yardım gostərilməsi haqqmda” Qətnamələr;
9-13 dekabr 1996-cı ildə İndoneziya Respublikasmm Cakarta şəhərində kecirilmiş İKT Xarici İşlər Nazirləri Şurasınm 24-cu sessiyasmın Yekun Kommunikesinin “B. Siyasi məsələlər: Ermənistanm Azərbaycana qarşı təcavuzu” fəsİinin 80-85-ci bəndləri və “Ermənistan Respublikasınm
Azərbaycan Respublikasına qarşı təcavuzu haqqmda” və “Azərbaycan Respublikasma iqtisadi yardım gostərilməsi haqqmda” Qətnamələr;
15-17 mart 1998-ci ildə Qətırın paytaxtı Dohada kecirilmiş İKT Xarici İşlər Nazirləri Şurasmm 25-ci sessiyasmm Yekun Kommunikesinin “Ermənistanm Azərbaycana qarşı təcavuzu” fəslinin 63-cu bəndi və “Ermənistan Respublikasmm Azərbaycan Respublikasına qarşı təcavuzu
haqqxnda” “Azərbaycan Respublikasma iqtisadi yardım gostərilməsi haqqmda” Qətnamələr;
27-30 iyun 2000-ci ildə Malayziyanın paytaxtı Kuala Lumpurda kecirilmiş İKT Xarici İşlər Nazirləri Şurasmm 27-ci sessiyasının Yekun Kommunikesinin “Ermənistan Respublikasmın Azərbaycan Respublikasına qarşı təcavuzu” fəslinin 72-ci bəndini və “Ermənistan Respublikasınm Azərbaycan Respublikasına qarşı təcavuzu haqqında” və “Azərbaycan Respublikasma iqtisadi yardım gostərilməsi haqqmda” və “Ermənistan
Respublikasımn Azərbaycan Respublikasxna qarşı təcavuzunun nəticəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və muqəddəs yerlərin məhv edilməsi və dağxdılması haqqxnda” Qətnamələr;
25-27 iyun 2002-ci ildə Sudan Respublikasxnxn paytaxtx Xartumda kecirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyasxnxn Yekun Kommunikesinin 37-ci bəndi və “Ermənistan Respublikasxnın Azərbaycan Respublikasxna qarşı təcavüzü haqqında” və “Azərbaycan
Respublikasına iqtisadi yardım gostərilməsi haqqmda” və “Ermənistanın Respublikasımn Azərbaycan Respublikasxna qarşı təcavüzünün nəticəsi kimi Azərbaycanm işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və muqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqmda” adlı Qətnamələr;
28-30 iyun 2005-ci ildə Yəmən Respublikasmm Səna şəhərində kecirilmiş İKT Xarici İşlər Nazirləri Şurasımn 32-ci sessiyasmm Yekun Kommunikesinin “İslam muqəddəs yerlərinin qorunması haqqmda” qətnamənin “Ermənistan Respublikasmm Azərbaycan Respublikasına
qarşı təcavuzunun nəticəsi kimi Azərbaycanm işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin və muqəddəs yerlərin məhv edilməsi və dağıdılması haqqında” bolməsi;
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsinə dair İKT-də qəbul olunmuş qərarlar və qətnamələr barədə bu qərara gəlmək olar:
1. İKT Ermənistan tərəfindən Azərbaycan torpaqlarmın işğal olunması faktmı təsdiq edir.
2. İKT Azərbaycan Respublikasma qarşı Ermənistamn təcavuzunu qətiyyətlə pisləyir və bu təcavuzə son qoyulmasmı tələb edir və bununla yanaşı həm də Ermənistamn silahlı quvvələrinin butun işğal olunmuş Azərbaycan torpaqlarmdan dərhal, tam və şərtsiz cıxarılmasını tələb edir;
3. İKT Ermənistanı təcavuzkar kimi tanıyaraq, BMTnin Təhlukəsizlik Surasma Azərbaycana qarşı təcavuzun baş verməsi faktınm tanınması və BMT-nin Nizamnaməsinin VII fəslinə uyğun olaraq BMT Təhlukəsizlik Surası tərəfindən ozunun əvvəllər qəbul etdiyi qərarlarının təmin edilməsi məqsədilə muvafiq addımların atılması ucun muraciət etdi. Ermənistan tərəfindən muasir beynəlxalq huquq norma və prinsiplərinin pozulması bu
dovlətin beynəlxalq-huquqi məsuliyyətini yaradır. Bu halda həmin dovlətə qarşı BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT Təhlukəsizlik Surası tərəfindən beynəlxalq huquqi məcburetmə tədbirləri sisteminin tətbiq edilməsi tam huquqa uyğundur;
4. İKT tərəfindən Ermənistanı təcavüzkar dövlət kimi tanmması o demək idi ki, Ermənistan Respublikası birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsinin iştirakcısıdır. Bu fakt sonradan 2 dekabr 2008-ci ildə imzalanmış Moskva Bəyannaməsində oz əksini tapmışdır. Bu faktm beynəlxalq huquqi sənədlərdə əks olunmasının boyuk əhəmiyyətı var. Belə ki, bu faktın etiraf edilməsi, guya ki, munaqişənin Azərbaycan və “Dağlıq Qarabağ”, mərkəz və əyalət arasında baş verməsinə dair erməni tərəfinin konsepsiyasınm əsassız olmasmı bir daha subut edir;
5. İKT Ermənistanın silahlı quvvələri tərəfindən işğal olunmuş ərazisində Azərbaycan əhalisinə qarşı edilmiş hərəkətləri insanlığa qarşı torədilmiş cinayətlər kimi qiymətləndirir. Bu fakt işğal olunmuş Azərbaycan ərazisində azərbaycanlı əhaliyə qarşı torədilmiş cinayətlərdə, o cumlədən Xocalıda mulki əhaliyə qarşı soyqırımın həyata kecirilməsində əli olan Ermənistanın rəsmi və vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsinin zərurətinə
dair məsələnin qoyuluşu haqqında huquqi əsaslar verir;
6. İKT Ermənistan və Azərbaycan arasmda munaqişənin ədalətli və dinc yolla nizamlanmasımn əsas prinsiplərini muəyyən edir. Bunlar dovlətlərin ərazi butovluyu və beynəlxalq səviyyədə tamnmış sərhədlərin toxunulmazlığı prinsipləridir;
7. İKT Ermənistamn hər hansı bir qanunsuz iqtisadi fəaliyyətinə və Azərbaycamn işğal olunmuş ərazilərində təbii resurslarm istismarına və İslam abidələri daxil olmaqla, Azərbaycanm mədəni və tarixi abidələrinin dağıdılması praktikasma son qoyulması zərurətini qeyd edir;
8. İKT yuxarıda qeyd olunan məqsədin həyata kecirilməsi ucun təşkilata uzv olan olkələr tərəfindən əlaqələndirici addımlarm atılmasma dair qərar qəbul etmişdir. Xususilə qeyd etmək lazımdır ki, İKT oz qərarlarmda Azərbaycan xaİqı ilə digər beynəlxalq təşkilatlar cərcivəsində də oz həmrəyliyini gostərmək zərurətini qeyd edir.
Avropada Təhliikəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT):
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsi ATƏT-in diqqət mərkəzində saxladığı məsələlərdən biri olmuşdur. Bu təşkilat munaqişənin həlli prosesində vasitəcilik missiyasmı oz uzərinə goturmuş və bu istiqamətdə irəliləyişlər əldə olunması ucun muəyyən addımlar atmışdır. 1992-ci ilin fevralında ATƏT-in ilk missiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsinə dair məruzə hazırlamaq məqsədilə Azərbaycana gəldi. Missiyanın məruzəsi Yuksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) fevral ayında Praqa şəhərində kecirilən iclasma təqdim olundu. Bu məruzədə Dağlıq Qarabağm Azərbaycan ərazisi olması faktı bir daha təsdiqlənirdi. YVŞK munaqişənin nizamlanmasına sulh yolu ilə nail olmağm zəruriliyini də bəyan etmişdi. Martm 24-də ATƏT-in Xarici İşlər Nazirləri Şurası vəziyyəti muzakirə edərək munaqişənin sulh yolu ilə nizamlanmasmı təmin etmək ucun Yuksək Vəzifəli Şəxslər Komitəsinin-nin zəmanəti əsasmda Dağlıq Qarabağa dair sulh konfransımn cağırılması barədə qərar qəbul etdi. Həmin il
martın 24-də Dağlıq Qarabağ munaqişəsinin sulh yolu ilə, danışıqlar vasitəsi ilə həlli ucun ATƏT-in Minsk qrupu yaradıldı. Konfransda ABŞ, Fransa, Almaniya, İtaliya, Turkiyə, Cexiya, Slovakiya, Belarus, İsvec, Azərbaycan və Ermənistan numayəndələrinin iştirakı nəzərdə tutulurdu.
1992-ci ilin maymda ATƏT-in Yuksək Vəzifəli Şəxslər Komitəsi tərəfmdən konfransm təşkili və iclasm kecirilməsi şərtləri, eləcə de sədrin səlahiyyətlərini muəyyənləşdirən qərar qəbul olundu. Minsk Konfransmm kecirilməsi ucun yaradılan Minsk qrupu munaqişənin həlli prosesində iştirak etməli və nəticədə Minskdə bu munaqişənin həllinə dair yekun sənəd qəbul olunmalı idi. 1994-cu ilin dekabrmda Budapeştdə ATƏT uzvu olan ölkələrin dovlət və hökumət başcılarınm növbəti Zirvə Göruşu kecirildi. Zirvə toplantısınm iştirakcıları Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ munaqişəsini də muzakirə edərək bu barədə qəbul olunmuş sənədlərə muvafiq bölmənin salınmasma razılıq verdilər. Dağlıq Qarabağ munaqişəsinə bu sənədin Regional Məsələlər hissəsində “Dağlıq Qarabağ munaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı bölmə həsr edilmişdir. Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlukəsizlik Şurasının muvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqləyir və ATƏT-in munaqişənin sulh yolu ilə nizamİanmasına yonəlmiş səylərinə Təhlukəsizlik Şurasınm gostərdiyi siyasi dəstəyi alqışlayırlar.
Bu səylər cərcivəsində ilk addım kimi, movcud atəşkəsin davam etdirilməsinə komək etmək məqsədilə Rusiya Federasiyasmın və Minsk qrupunun digər fərdi uzvlərinin dəstəyi ilə və onlarla əməkdaşlıq şəraitində təcili tədbirlərin görulməsini və əvvəllər vasitəcilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə əsaslanaraq həyata kecirilməsi butun tərəflər ucun munaqişənin əsas nəticələrini aradan qaldırmağa və Minsk Konfransım cağırmağa imkan verəcək silahlı munaqişənin dayandırılması haqqmda siyasi sazişin imzalanması məqsədilə tezliklə danışıqlar aparmağı Minsk qrupunun həmsədrlərinə tapşırırlar. Daha sonar onlar Minsk Konfransmm həmsədrlərindən, xususilə humanitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata
kecirilməsi istiqamətində munaqişə tərəfləri ilə birgə işi davam etdirməyi xahiş edirlər. Onlar iştirakcı dövlətlər tərəfindən həm fərdi əsasda, həm də muvafiq beynəlxalq təşkilatlar cərcivəsində qacqınların acınacaqlı vəziyyətini yungiilləşdirməyə xususi diqqət yetirmək şərtilə regionun əhalisinə humanitar yardımın gostərilməsi uzrə tədbirlərin həyata kecirilməsinin vacibliyini qeyd edirlər” .
Budapeşt Zirvə Goruşunun əsas nəticələrindən biri Minsk qrupuna həmsədrlik institutunun yaradılması oldu. Sulhməramlı quvvələrin muxtəlif dövlətlərin hərbı qüvvələrindən təşkil olunması barədə qərar Rusiyanın məsələni təkbaşma həll etmək istəyinin qarşısını aldı.
1996-cı ilin dekabrında Lissabonda ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başcılannm növbəti Zirvə Göruşu kecirildi. Bu Zirvə Göruşundə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsinin nizamlanmasınm əsas parametrləri muəyyən edilmişdi. Onlar ATƏT-in fəaliyyətdə
olan sədrinin Bəyanatında öz əksini tapmışdir. Bəyanatda qeyd olunur ki: “…son iki il ərzində Dağlıq Qarabağ munaqişəsinin və Azərbaycan Respublikasmın ərazi butovluyu məsələsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir”.
Üç həmsədr olkə dinc tənzimləməyə nail olmaq ucun Azərbaycan və Ermənistan prezidentlərinin qəbul edəcəkləri zəruri qərarları dəstəkləyəcəklərini bildirdilər. Onlar Ermənistan və Azərbaycan rəhbərlərini səylərini Əsas prinsiplərdə hələ qalan mubahisəli məsələlərin həlli üzərində yeni
qüvvə ilə cəmləşdirməyə cağırdılar və öz həmsədrlərinə munaqişə tərəflərinin bu səylərini həyata kecirmələrinə komək etmək ucun onlarla işi davam etdirməyi tapşırdılar. Damşıqların kecirildiyi atmosferi yaxşılaşdırmaq ücün tərəflərə müraciətlə onları atəşkəs rejiminin möhkəmlənməsinə və
butun sahələrdə etimad tədbirlərinin həyata kecirilməsinə yönəlmiş əlavə addımlar atmağa cağırdılar”. Sənədin mahiyyətindən görunduyu kimi, o daha cox ümumi xarakter daşıyır. Ola bilsin ki bu səbəbdən ATƏT munaqişəyə dair daha cox “neytral movqe” tutmağa calışır.
Halbuki təcavuzkarla təcavuz qurbanı arasında fərqin qoyulmaması münaqişənin həllinə yox, əksinə uzadılmasma aparır. Bununla bərabər, yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, ATƏT-in sənədlərində və ilk novbədə ATƏT-in Zirvə Görüşlərində qəbul olunmuş sənədlərdə:
1. Dağlıq Qarabağm Azərbaycan Respublikasmın ərazisi olması faktı etiraf olunur və təsdiqlənir;
2. Azərbaycan Respublikasmın ərazi butovluyu dəstəklənir;
3. Dağlıq Qarabağm huquqi statusunun yalnız Azərbaycanm tərkibində ən yüksək səviyyəli özunuidarəetmə hüququ verən öz müqəddəratım təyin etmə əsasında müəyyən edilməsi vurğulanır;
4. bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı ohdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyinin zəruriliyi qeyd olunur.
Avropa Ittifaqı:
Avropa Ittifaqı (Avropa Birliyi) 27 Avropa dovlətini birləşdirən iqtisadi və siyasi birlik olaraq, müasir dünyada qüvvələrin geosiyasi durumuna böyük təsir göstərən əsas təşkilatlardan biridir. Regional inteqrasiyaya yönəlmiş bu Ittifaq 1993-cu ildə Avropa Birliyi prinsipləri əsasmda yaranmışdır. Cənubi Qafqaz Avropa Birliyinin sərhədlərinə yaxm olduğu ucun bu regionda baş verən hadisələr Avropa Birliyini narahat etməyə bilməz. Avropa Birliyi beynəlxalq hüququn subyekti qismində cıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə oz münasibətini acıq şəkildə bildirmişdir. Avropa Birliyi Ermənistan- Azərbaycan Dağlıq Qarabağ munaqişəsi ilə bağlı ilk dəfə olaraq 22 may 1992-ci ildə bəyanatla cıxış etmişdir. Bəyanatda birlik Dağlıq Qarabağ regionunda döyuşlərin intensivləşməsi ilə bağlı dərin narahatlığmı ifadə etmiş, erməni və Azərbaycan əhalisi daxil olmaqla, Ermənistan və Azərbaycan xalqlarının, hər iki hökumətin ATƏT-in prinsip və öhdəliklərini qəbul etmələri nəticəsində, eyni səviyyəli muhafizə ilə təmin olunmaq hüququna malik olduqlarmı xatırlatmış, azərbaycanlı və erməni əhalisinin fundamental hüquqların beynəlxalq səviyyədə tanmmış sərhədlər çərcivəsində tam şəkildə bərpa edilməli olduğunu bildirmişdir.
Avropa Birliyi münaqişə ilə bağlı novbəti bəyanatmı 7 aprel 1993-cü ildə yaymışdır. Həmin bəyanatda Birlik və üzv dövlətlər münaqişənin dərinləşməsindən narahatlıq kecirdiklərini, “hərbi əməliyyatların Kəlbəcər və Fuzuli rayonları ərazisinə yayılmasmdan təəssufləndiklərini”
bildirmiş, qoşunlarm “Azərbaycan ərazilərindən dərhal cıxarılması və bu ərazilərdə döyuşlərin dayandırılması məqsədilə Ermənistan hokumətini Dağlıq Qarabağm hərbi birləşmələri üzərində olan təsirindən qətiyyətlə istifadə etməyə” cağırmışdır.
Ermənistanın işğalçı qüvvələrinin cəbhə bölgəsində yeni əməliyyatlar kecirməsi qurumu 1993-cu ilin 24 iyun və 3 sentyabr tarixlərində yeni bəyanatlarla cıxış etməyə məcbur etmişdi. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücumları pislənilmiş və qaçqınların sayının həddən artıq
coxalmasmdan narahathq ifadə olunmuşdur. Bununla belə, Avropa İttifaqımn Ermənistan-Azərbaycaıı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
mövqeyini ifadə edən ən əsas hadisələrdən biri 2003-cii ildə baş vermişdir. Təşkilat: munaqişənin həlli ucun kommunikasiya xətlərinin acılması muqabilində Azərbaycanın işğal olunmuş rayonlarmdar 5-nin geri qaytarılmasını təklif etmişdir. Bu təklif uzun muddət müzakirə
obyektinə cevrilnıiş və hələ də oz aktuallığım saxlamaqdadır. Bu təklif göstərir ki, Avropa İttifaqmın həm regional əlaqələri inkişaf etdirmək, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasmda fəal iştirak etmək niyyəti kifayət qədər ciddi xarakter almışdır. Eyni zamanda vurğulamaq lazımdır ki, Avropa İttifaqınm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı rəsmi mövqeyi Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul etdiyi “Avropa İttifaqmın Cənubi Qafqaz uzrə Strategiyası” Qətnaməsində oz əksini tapmışdır. Belə ki, Qətnamədə Avropa İttifaqımn Cənubi Qafqaz dovlətləri ilə əlaqələrində suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşdığı diqqətə catdırılmışdır.
Avropa İttifaqı Qətnamənin 8-ci maddəsində Dağlıq Qarabağ muharibəsi nəticəsində oz evlərindən didərgin duşmiiş yüz minlərlə insanın hələ də məcburi kockun kimi qalmasını, onların hüquqlarının, o cümlədən qayıtmaq hüquqlarının, mülkiyyət hüquqlarımn və şəxsi təhlukəsizlik
hüquqlarxnın rədd edilməsindən təəssufləndiyini bildirmiş, tərəfləri birmənalı və qeyd-şərtsiz şəkildə bu hüquqları tanımağa və tezliklə realizə edilməsinə cağırmış, problemin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunlarının Azərbaycanxn butun zəbt edilmiş ərazilərindən
cxxarılmasxnx tələb etmişdir.
Şimali Atlantika Muqaviləsi Təşkilatı (NATO):
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ədalətli, muvafiq beynəlxalq-hüquqi qiymətin verilməsi hərbi-siyasi təşkilat olan NATO-nun sənədlərində də öz əksini tapmışdır. NATO tərəfindən bu munaqişəyə dair bir sıra qərarlar və qətnamələr qəbul olunub. 2006-cı ilin noyabrmda Riqada kecirilmiş NATO-ya üzv olan olkələrin dövlət və hökumət başcılarmın sammitinin yekun kommunikesinin 43-cü bəndində possovet ölkələrində mövcud olan munaqişələrə münasibət bildirilmışdir. Sənəddə Azərbaycanın, Ermənistanın, Gurcustanın və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verilir. Bu cox vacib bir müddəadır. Avropa ölkələri və Avrasiya üzrə ABŞ dövlət katibinin müavini Daniel Frid qeyd edir ki, “NATO bu haqda ilk dəfə bəyan edir və bu, bolgədə olan dövlətlər ücün vacib siqnaldır”. NATO-nun bu mövqeyi 2008-ci ilin aprel aymda Buxarestdə kecirilmiş üzv ölkələrin dövlət və hökumət başcılarmın sammitində bir daha öz təsdiqini tapmışdır. Buxarest zirvə görüşünün
yekunu üzrə 3 aprel 2008-ci ildə qəbul olunmuş Bəyannamənin 43-cü bəndində deyilir ki, “NATO Cənubi Qafqazda və Moldovada regional munaqişələrin saxlanılmasmdan oz narahatlığını bildirir. Bizim xalqlar Azərbaycanın, Ermənistanm, Gurcustanın və Moldovanm ərazi
bütövlüyünə, müstəqilliyinə və suverenliyinə öz dəstəyini verirlər. Biz, bu prinsiplər nəzərə almmaqla, bu regional münaqişələrin dinc yolla nizamlanmasma yönəlmiş tədbirlərə dəstək verilməsinə davam edəcəyik”.
Ermənistan- Azərbaycan Dağltq Qarabağ münaqişəsinə dair nəzərə almaq lazımdır ki, Azərbaycan rəsmi olaraq hal-hazırda Ermənistanm ərazisinə iddia etmir və hec bir iddia tələbi irəli surmur. Əksinə olaraq, Ermənistan Azərbaycanın torpaqlarmı işğal altında saxlayır və Azərbaycanın ərazi bütövlüyünü pozur. Deməli, NATO-nun Buxarest Bəyannaməsinin 43-cu bəndinin mahiyyəti faktiki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanm ərazi bütövlüyünə dəstək verilməsi və bu münaqişənin yanlız Azərbaycanm ərazi bütövlüyü cərcivəsində nizama sahnmasmdan ibarətdir. 19-20 noyabr 2010-cu ildə Lissabonda NATO-nun növbəti sammiti baş tutdu. Bu sammitdə də Azərbaycanın ərazi bütövlüyü yenidən dəstəkləndi. Belə ki, NATO-ya üzv olan olkələrin dövlət və hökumət başcılannm Lissabon sammitində qəbul olunmuş Bəyannamənin 35-ci bəndində Ermənistanın, Azərbaycanın, Gurcustanm və Moldova Respublikasmm ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verilir və bu prinsiplər nəzərə almmaqla regionai münaqişələrin sülh yolu ilə nizama salmmasına yonəlmiş tədbirlər dəstəklənir. Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə NATO Baş Katibinin kecmiş xüsusi numayəndəsi Robert Simmons qeyd edir ki, NATO regionda movcud olan münaqişələrin nizamlanmasında maraqlıdır və bu istiqamətdə siyasi danışıqları dəstəkləyir. Onun sözlərinə görə, Cənubi Qafqazda olan münaqişələrin dövlətlərin ərazi bütövlüyü cərcivəsində həll edilməsi NATO-nun Lissabon sammitində qeyd olunmuşdur. Faktiki olaraq, NATO-nun bu mövqeyi bir daha Azərbaycanın dəstəklənməsinə yönəlib.
Cox maraqlıdr ki, NATO tərəfindən qəbul edilmiş qərarlarda Azərbaycanın ərazi bütövlüyünə hec bir qeyd-şərt olmadan dəstək verilir və, ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş prinsiplərin sırasında xalqların öz müqəddaratını təyinetmə prinsipinin hec adı belə cəkilmir. NATO Ermənistan-Azərbaycan DağJıq Qarabağ münaqişəsinin nizamlanmasmı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsipləri əsasmda görur və bu prinsiplər nəzərə ahnmaqla bu regional münaqişələrin sülh yolu ilə nizama salmmasına yönəlmiş tədbirləri dəstəkləyir. NATO tərəfindən qəbul olunmuş sənədlər bir daha sübut edir ki, bu beynəlxalq hərbi-siyasi təşkilat
Azərbaycanm ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını Azərbaycanın ərazi bütövlüyü cərcivəsində dəstəkləyir. NATO-nun kecmiş Baş Katibi Yaap de Hoop Sxeffer NATO-nun bu mövqeyini bir daha təsdiqlədi. O, Azərbaycan prezidenti ilə görüşün nəticələrinə dair 29 aprel 2009-cu ildə kecirilən mətbuat kofransında bəyan etdi ki, NATO-nun üzvü olan 28 ölkə hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli “suverenlik və ərazi bütövlüyü prinsipinə əməl edilməsi əsasında tapılmahdır”.
Baş Katib qeyd etmişdir ki, “NATO Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirak etməsə də, hesab edir ki, onun nizamlanmasmda ərazi bütövlüyü prinsipi sual altma almmamalıdır”. Belə bir nəticəyə gəlmək olar ki, NATO tərəfindən qəbul olunmuş qərarlarda Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ miinaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu münaqişənin nizamlanmasının beynəlxalq-hüquqi əsasını təşkil edən prinsiplər müəyyən edilir. Bu prinsiplər ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, o cümlədən Azərbaycanın ərazi bütövlüyü
prinsipləridir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən tanınır və dəstəklənir. Bu isə, oz novbəsində, deməkdir ki muasir beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarmın zəbt edilməsi Ermənistanm
Azərbaycana qarşı təcavüzünün əyani sübutudur. Bir dövlətin başqa bir dövlətə qarşı təcavüzü ən ağır beynəlxalq-hüquqi cinayət sayılır və təcavüz etmiş dövlətin beynəlxalq-hüquqi məsuliyyətini yaradır.