UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Son olaraq, İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Yunayted” komandaları növbəti raunda vəsiqə qazanıblar.
“Kral klubu” evdə qalib gəldiyi İngiltərə “Liverpul”u ilə səfərdə qolsuz heç-heçəyə razılaşaraq, adını yarımfinala yazdırıb.
“Şəhərlilər” isə Mançesterdə 2:1 hesabı ilə məğlub etdiyi Dortmund təmsilçisinə səfərdə də eyni aqibəti yaşadıb. Halbuki matçda ilk qolu meydan sahibləri vurublar. 15-ci dəqiqədə 18 yaşlı ingiltərəli yarımmüdafiəçi Cud Bellingem həmyerlilərinin qapısına yol tapıb. Birinci hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 55-ci dəqiqədə Riyad Mahrezin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 75-ci dəqiqədə isə Fil Foden komandasına qələbə qazandıran qolun müəllifi olub. (Report)