Sentyabrın 18-də Yaponiyanın Okinava prefekturasında Ada Dilləri Günü qeyd olunur. Bu, Yaponiyanın Rükü adalarında hər il keçirilən bayramdır və Okinava prefekturası hökumətinin təşəbbüsü ilə keçirilir.
Onun əsas məqsədi Rükü dillərinin və onlarla əlaqəli olan mədəni irsin qorunmasının vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Bu gün Yaponiyanın cənub-qərbində yerləşən Rükü adalarında danışılan və UNESCO tərəfindən təhlükə altında olan dillər kimi qeyd olunan rükü dillərinə həsr olunub.
Yaponiyanın ada dilləri kimi də tanınan Rükü dilləri yapon dili ilə birlikdə yapon dil ailəsinə aiddir. Bu dillərin yaponlardan 4-cü əsrdə, yapon yazısının meydana çıxmasından əvvəl ayrıldıqları güman edilir.
Əksər alimlər altı Rükü dilini müəyyən edirlər: Amami, Kuniqami, Okinava, Miyako, Yaeyama və Yonaqumi. Bəzi mənbələrdə dil və ləhcəf arasında sərhəddin haradan çəkildiyindən asılı olaraq altı və ya daha çox dil göstərilir. Onların bəzilərinin dialektləri də var.
Yaponiyada Rükü dilləri əsasən sosial-siyasi və ideoloji səbəblərə görə yapon dilinin dialektləri kimi təsnif edilir.
Əslində, Rükü dilləri yapon dili ilə qarşılıqlı şəkildə anlaşılan deyil. Üstəlik, onlar hətta bir-birləri üçün qarşılıqlı şəkildə başa düşülən də deyil.
Rükü dilində danışanların dəqiq sayı məlum deyil. Bəzi mənbələrə görə, 900 minə yaxın insan danışır. Səlis danışanların əksəriyyəti yaşlı nəslə aiddir, 40 yaşdan kiçik insanlar isə Rükü adalarının yerli dillərini zəif bilirlər, bunun əvəzinə standart yapon və ya yapon dilinin yerli dialektlərində danışırlar.
Təəccüblü deyil ki, iki Rükü dili itmək təhlükəsi ilə üzləşib, digər dörd dil isə itmək təhlükəsi altındadır.
Fizzə Heydərova İnternet materilları əsasında hazırlayıb