“Mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, səfər zamanı keçirilən görüşlərdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji əhəmiyyət daşıdığı vurğulanıb: “TAP layihəsinin reallaşmasının əhəmiyyəti və bunun Azərbaycanın Avropaya giriş qapısı olduğu bildirilib. Bütün görüşlərdə Vətən müharibəsi barədə İtaliya rəsmilərinə ətraflı məlumat verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri başlayıb. Keçirdiyimiz görüşlərdə Ermənistanın mina xəritələrini verməməsi də diqqətə çatdırılıb. Hazırda Azərbaycan suveren hüuqqundan istifadə edərək Ermənistanla sərhədin delimitasiyasını həyata keçirir. Azərbaycan heç bir maneəyə baxmayaraq üçtərəfli bəyanatı tam həcmdə icra edəcək”.