- Mədəniyyət

Yaponiya və yaponlar haqqında

Dünyadan maraqlı xəbərlər

1.Yaponlar işgüzar xalqdır. Gün ərzində 2-3 saat yuxuya vaxt ayırmaqla fasiləsiz 18 saat işləyə və səhəri gün yenidən işə rahatlıqla gələ bilirlər. Onlarda işə vaxtında gəlmək yaxşı əlamət sayılmır, ən azı yarım saat gec gəlmək normal haldır. Bu, işdən vaxtında çıxmağa da aiddir. Yaponiyada işdən çıxmaq yaxşı qiymətləndirilmir. Ona görə də gənc mütəxəssislər özlərinə iş axtaranda təqaüdə çıxana qədər işləmək üçün uyğun şirkət seçirlər. İşdən çıxarılmaq isə tamamilə qəbuledilməz haldır. Biabır olmağa bərabərdir. Bir qayda olaraq, belə şeyə yol vermirlər; işçinin günahı ucbatından xoşagəlməz hal baş veribsə, bədəbəddə vəzifəsini aşağı salırlar.

2.Yapon dilində söyüş və ya hər hansı qeyri-etik söz və ifadələr yoxdur. Yaponlar ən kəskin emosiyalarını belə səsi qaldırmaq və deyilən sözü qəzəbli intonasiya ilə çatdırırlar.

3.Məktəbli yapon qızlara kolqotka geyinmək qəti qadağandır; yalnız uzun corab geyinilir. Yubka isə birmənalı olaraq çox qısa olur və bu, tamamilə normal haldır.

4.Yaponiya dünyada ən təhlükəsiz ölkələrdən biri sayılır. Tokyoda – mərkəz şəhərdə belə asayiş o qədər yüksək səviyyədədir ki, 6 yaşlı uşaqlar belə təkbaşına ictimai nəqliyyatdan heç bir qorxusuz istifadə edirlər. İnsanlar nadir hallarda maşınları kilidləyir, velosipedləri bərkidirlər. Yaponlar çox dürüst millətdir. Əgər ictimai yerdə nəyisə unutmusunuzsa, onu tezliklə itmiş əşyalar bürosunda tapmaq mümkün olacaq.

5.Yaponlar xarici ölkələə səyahət etməkdən qorxurlar. Xarici aləmi təhlükəli hesab edirlər.

6.Yaponlar hər şeyi instruksiya ilə etməyə öyrəşiblər və belə şey olmayanda çaşıb qalırlar.

7.Bir çox yerlərdə içəri girəndə ayaqqabını soyunmaq adətdir. Ayaqqabını çıxardandan sonra onun burnunu çıxış tərəfə qoymaq lazımdır. Əgər özünüz belə etməsəniz, bunu ev yiyəsi, ya da xidmətçi personal özü edəcək.

8.Yaponiya qanunlarına görə xaricdən işçi gələndə ona verilən minimal əməkhaqqı yaponların orta əməkhaqqından yüksəkdir.

9.Yaponlar, demək olar ki, heç vaxt qonaq çağırmırlar. Çox nadir hallarda ola bilər və bu da yüksək mərifət sayılır.

10.Yaponiyada pornoqrafiyaya aid şeylər hər yerdə açıq şəkildə satışdadır. Aidiyyəti jurnallar istənilən mağazada və köşklərdə qəzet-jurnal və kitablarla bir yerdə böyür-böyürə qoyulub satılır. Kiçik dükanlarda digər malların üçdə biri qədər yer tutursa, iri marketlərdə hətta bu tip mallara bütöv 2-3 mərtəbə ayrılır. Hətta ictimai nəqliyyatda belə belə jurnala və ya kitaba üzlük çəkməklə, rahat oxumaq olar.

11.Yaponiya metrosunda təkcə qadınlar üçün ayrılmış vaqonlar var. Bu vaqonlar kişilərin diqqətinə tuş gəlmək istəməyən qadınlar üçündür.

12.Dünyanın ən bahalə əyləncə parkı sayılan “Disney Sea” bu ölkədədir. Ən inkişaf etmiş metro sistemi də Yaponiyadadır. Ən böyük dəmiryol qovşağı və ən iri piyada keçidi də buradadır.

13.Yaponiyanın bütün şimal şəhərlərində qışda qar yağan vaxt bütün səkilər və küçələr altdan quraşdırlımış xüsusi sistemlə isidilir. Ona görə də ən şaxtalı havalarda da yer buz bağlamır, qarı yığışdırmaq lazım gəlmir. Çünki yerdə qalmır.

14.Ölkədə zibil yerləri yoxdur. Zibil bütünlüklə email olunur. Bunun üçün də tullantılar çeşidlənir. Zibil atmaq üçün fərqli konteynerlər qoyulub: kağız, şüşə, orqanik tullantılar, plastik qablar və bunlardan çıxan etiketlər üçün.

15.Yaponiyada balıq və ət məhsulları ucuz, meyvələr çox bahadır. Tək bircə alma 2 dollara, banan dəstəsi 5 dollara satılır. Ən bahalı meyvə isə yemişdir; onun qiyməti 200 dollara qədər olur.

16.Yaponiyada ağzını marçıltdatmaqla yemək adi haldır. Orada belə hal ədəbsizlik sayılmır. Bununla yeməyin ləzzətli olduğunu ifadə edirlər. Əksinə, sakit yeməklə ev yiyəsi yeməyi bəyənmədiyinizi düşünüb əməlli-başlı inciyə bilər. Burada delfin ətini yeyirlər. Delfindən sup edirlər, qızardırlar, hətta bəzi reseptlərdə çiy halda da süfrəyə verilir. Fastfuda maraq olduqca aşağıdır. Yaponiyadakı Makdonalds kafeləri dünya üzrə ən ləng satışı gedən yerdir.

17.Yaponlar yeməyi sevir və əla başları çıxır. Səyahət zamanı görməli yerlərə baxmaqla yanaşı mütləq ağız da işləməlidir, sonra isə bunu öz aralarında müzakirə etməyi xoşlayırlar.

18.Yaponiyada toyların üçdə biri hələ də valideyn seçimi ilə baş tutur.

19.Bu ölkədə kafe və restoranlarda çaypulu vermək qəti olaraq qəbuledilməzdir. Yanaşmaları belədir: əgər müştəri ona verilən hesabdan artıq ödəyirsə, deməli, göstərilən xidmətin və hörmətin dəyərini aşağı salır.

20.Yaponların savadı digər dünya ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir. Yaponlar dillərinin çətin olduğunu bilirlər, ona görə də yaponca danışa bilən əcnəbiyə hörmətlə yanaşırlar. Özləri ingiliscə çox pis danışırlar. O qədər pis tələffüzləri var ki, sözlər tamamilə başqa cür səslənir. İngilislər bunu zarafatla “Japanglish” – “yapon ingiliscəsi” adlandırırlar.

Hazırladı Aygün ƏZİZ