- Teatrın vətəni qədim Yunanıstan hesab olunur. “Teatr” qədim yunan dilincə “görmək üçün yer” deməkdir.
- Teatrın simvolu ağlayan və gülən iki maskadır. Bu da əsasən komediya və faciəni nəzərdə tutur.
- Teatrın himayədarları qədum yunan muzaları (muza: incəsənət və elm ilahəsi) Melpomen və Taliya hesab olunur.
- İlk yunan teatrında cəmi-cümlətanı 3 aktyor olub və hər biri bir neçə rol ifa ediblər.
- Yunan teatrında bütün rolları, hətta qadın personajları da kişilər oynayıblar. Sonralar bəzi qadınlar da gəliblər və onlara yüngül xasiyyətli və pozğun qadın rolları, adətən, həvalə olunub.
- Qədim Romada isə publika qanlı qladiator döyüşlərindən həzz alırdı. Eyni həzzi teatr tamaşalarında da görməyə etiraz etmirdi. Beləliklə, o vaxtlar indiki dövrümüzdə tükümüzü ürpədən bir vəziyyət ortaya çıxıb: əgər tamaşa zamanı obrazı öldürmək lazım gələrdisə, onda son anda aktyoru yavaşca səhnədən çıxardıb, yerinə indiki dillə desək “kaskadyor” gətirərdilər. Bu, adətən, ölümə məhkum edilmiş real cinayətkar olardı və elə səhnədəcə onu qanına qəltan edərdilər. Publika bu cür şeyləri alqışlayırmış.
- Teatrda pərdə məsələsi qədim Romada yaranıb. Amma indiki pərdələr kimi açılıb bağlnamırdı. Səhnənin qarşısında görünməyən xəndək olurdu. Pərdə açılan kimi sürüşüb xəndəyə düşürdü.
- İngilis dilində ilk dəfə “piratçılıq” (müəllif hüquqlarının pozulması) ifadəsi 1603-cü ildən yaranıb. Pirat yolu ilə yayılan ilk əsər “Hamlet”
- Hər aktyora yalnız özünün səsləndirəcəyi sözlərin mətni verilirmiş. Tam mətn isə suflyorda olurdu. Müəlliflər bu yolla əsərlərinin piratçılıq yolu ilə yayılmasının qarşısını ala biləcəklərini düşünürmüşlər. Amma bu, müşkül məsələ idi. Bu şətəl ya stenoqraflardan, ya da tamaşa zamanı bir-iki eşitmədən sonra mətni tam yadda saxlaya bilən fenomenal yaddaşa malik aktyorlardan keçirdi.
- Müasir çoxseriyalı filmlər heç də indinin kəşfi deyil. Qədim vaxtlarda Siciliyada il boyu davam edən uzun tamaşalar səhnəyə qoyulurmuş. Hər axşam tamaşaçılar dünənkinin ardına baxmaq üçün teatra gəlirmişlər. Yeri gəlmişkən, Siciliyada günümüzdə də çoxhissəli tamaşalar olur, amma bir aydan artıq çəkmir.
- Qədim yunan dramaturqu Frinixin yunan camaatının müflis olması haqqındakı pyesi tamaşaçılara o qədər ağır təsir edibmiş ki, bütün zal hönkür-hönkür ağlayırmış. Buna görə dramaturqu çox pis cəzalandırıblar: məhkəməyə veriblər, cərimə kəsiblər və tamaşanın nümayişi qanunla qadağan olunub.
- Dünyada ən nəhəng teatr Çindədir. Hündürlüyü 50 m, eni 215 m, uzunluğu 145 m olan bu binanın adı “Suda mirvari”
- Odessa qəbiristanlığında aktyor M.Mitrofanovun başdaşına maraqlı fikir yazılıb: “Ömrüm boyu səhnədə bir çox mərhum obrazı canlandırmışam. Amma heç birini indiki ustalıqla yarada bilməmişəm”.
- Alqış məsələsi çox maraqlıdır. Bu, bütün dövrlərdə olub. Qədim dünyada da. İoniya (qədim Yunanıstanda vilayət) teatrında bir əlini və ya qolunu itirmiş döyüşçülərin tamaşanı alqışlaya bilməsi üçün qabağında keçəl qullar otuzdururlarmış ki, digər əlləri ilə onların başına şapalaq vurmaqla əl çalmağı imitasiya etsinlər.
- Roma pantomima teatrına geteralar (qədim Yunanıstanda kişiləri cəlb edən ərsiz qadınlar) cəlb olunub. Onlar əyinlərində şəffaf parçadan tikilmiş paltarla səhnəyə çıxar, tamaşa zamanı soyunarmışlar. Belə geteralardan biri Feodora o qədər gözəl imiş ki, Roma imperatoru Yustinian ona aşiq olmuş və evlənmişdi.
- Roma komediyalarında romalıları məsxərə obyektinə çevirmək qadağan idi. Ona görə də bu məqsədlə yunanları və onların məişətini gülüş hədəfinə çevirən pyeslər göstərilirdi.
- Dünyada ən balaca teatr “Kremlhof” (“Kreml sarayı”) Avstriyanın Fillax şəhərçiyində yerləşir. Ginnesin rekordlar kitabına düşüb. Yalnız 8 tamaşaçı qəbul edə bilir.
- Fonoqram ilk olaraq elə qədim Romada yaranıb. Dövrünün məşhur dramaturqu Livi Andronik təkcə yazmağı yox, özü rol oynamağı da sevirmiş. Bir dəfə səsi batdığından pərdə arxasındakı uşaq (indiki dillə “suflyor”) onun sözlərini oxuyur, Andronik isə sadəcə olaraq sözlərə müvafiq şəkildə ağzını açıb-yumurmuş.
- Müxtəlif dillərdə eyni formada işlənən bəzi söz və ifadələr də teatrdan gəlir. Məsələn, “fiasko” sözünü götürək. Biz bu sözü “uğursuzluq”, “uduzma” kimi qəbul etmişik, halbuki italyan dilindən mənası “butulka” deməkdir. Məsələ belə olubmuş: komik Bionkonelli publikanı güldürmək məqsədilə başına yekə bir butulka bağlayıb səhnəyə çıxıb. Lakin bu, tamaşaçılara təsir etməyib və bu halı aktyor uğursuzluğu kimi qiymətləndiriblər. O vaxtdan bəri “fiasko” sözü həm teartda, həm də məişətdə “uğursuzluq” mənasında işlədilir.
- 27 martın teatr günü kimi qeyd olunması 1961-ci ildə Vyanada qəbul edilib.
- Bəzi ölkələrdə lal-karlar üçün teatrlar mövcuddur.
(Müxtəlif internet materialalrından tərcümə edilib)