AĞIL VƏ AXMAQLIQ
- Ağıllı bir dəfə eşidər, on dəfə götürər.
- Zirək adam evdə hər şey tapar.
- Ağıllı çox vaxt axmağa xidmət edər.
- Ağıllı əksər hallarda özü-özünü aldadır.
- Cahil təkəbbürlü olar.
- Təkəbbürlü adam axırda rahibin katibi olar.
- Bilənlə söz güləşdirmə.
- Dələnin özünə uyğun sifəti, balığın özünə binəm qarnı, taxtabitinin də özünə görə ağlı var.
- Kimi[1] Seulda axtarmağa gedir.[2]
- Əl çalmaqla zəngin səsini batırmağa çalışma.
- Öz corabını başqasının ayağına geyindirir.
- Şabalıdları özgənin kisəsinə yığır.
- Vaxtilə içində ət olmuş qabdan üç il yeyir.
- Saçları üfürərək keçəllik axtarır (mənasız işlə məşğul olmaq mənasında).
- Ağacı dəryaz ilə kəsmə (uyğun olmayan vasitə ilə iş görəndə deyilir).
- Odunu oraqla doğrama (15-ci ilə eyni mənadadır).
- Çömçə ilə hava tutur (15 və 16-cı ilə eyni mənadadır).
- İldırımdan qorunmaq üçün başına çömçə qoyur (özünü qorumaq üçün mənasız və faydasız vasitələrdən istifadə etmək mənasındadır).
- Dağa təpik atmazlar.
- Külü bizlə yığmazlar.
- Daşı yumurta ilə əzməzlər.
- Külə mıx çalmazlar.
- Axmaq yaxşı geyinsə də, axmaqdır yenə.
- Axmaq həmişə ağıllını aldatmağa çalışar.
- Axmaq adamın da öz əqidəsi var.
- Axmaq səbəbsiz yerə gülər.
- Axmaq durnabalığı öz rəfiqəsini də yeyər.
- Axmaq qadın evi bədnam edər.
- Axmaq it suya baxmağı sevər.
- Axmaq adamın başı çiyinlərində olsa da, ağlı ombasındadır.
- Səfehdən də ağıllı hərəkət çıxa bilər.
- Səfeh it tarlada da hürür.
- Axmaq qarğa qənimətini gizlətməyi bacarmır.
- Bizi ayaqla vurmazlar.
- Qayanı yumruqla hədələmə.
- İnəyi kisənin içində kəsməzlər.
- Böyüyən ağacın kökünə mismar çalma.
- Qaşınmayan yeri qaşıyıb qanadır.
- İnəyi çəkiçlə öldürməzlər.
- Oğruya evin açarını verir.
- Oğruya qapı açır.
- Çəkmənin üstündən ayağını qaşıyır.
- Bilmədən oğurluq etdiyinə görə oğruya bəraət qazandırma.
- İnəyi ota qarovulçu qoydu.
- İnək elə bilir ki, nə qədər qocadırsa, bir o qədər dəyərlidir.
- Evi ombanın üstündə tikməzlər (düşünülməmiş işlər görməyin mənasız olduğunu bildirmək üçün).
- Dəyirman daşının səsini eşidir, ancaq kimçi[3] axtarır.
- İlan şəkli çəkəndə gözəllik qatmaq üçün ona ayaq da çəkmə.
- Birinin yerinə lap üç balıq şəkli çək, bununla çəkdiyin rəsmin qiyməti qalxmayacaq.
- Özü şəkli baş-ayaq asıb, di gəl rəssamı günahlandırır.
- Əzizini gözləyəndə belə, bütün gecəni gözü qapıda, qulağı səsdə keçirtmək lazım deyil.
- Sənətini atıb, it alverinə keçib.
- Gecə heç kimin səni görmədiyi vaxtda nə bəzənirsən?!
- Adam nə qədər miyoldasa da, ondan pişik olmaz.
- Hamar yolu qoyub dağ yoluna düşmə.
- Mərasim qurtarıb, bu indi baraban çalır.
- Ongünlük toyun onbirgünlük mərasiminə oxşayır.
- Tərləmək istəyirsənsə, buz kimi otaqda nə işin var?!
- Donmuş siçanı papirosla isidərək dərisini soya bilməzsən.
- Gözləyir ki, dovşan kövşənliyə girib yıxılsın.
- Çayın dərinliyini bilmək üçün onu qurutmağa ehtiyac yoxdur.
- Yağış yağanda hansı buluddan gəldiyini axtarmazlar.
- Bədxərc arvadla pul qazanmaq, xəlbirlə su yığmaq kimi bir şeydir.
- Hasarın olmasaydı, inəyim də buynuzunu sındırmazdı (günahkarı düzgün yerdə axtarmamaq mənasında).
- Birənin belində ev tikməzlər.
- Suyu su ilə durultmaq mənasızdır.
- İp düyünlü də olsa, onu atma.
- Ehtiyac yoxdursa, pəncərədə deşik açma.
- Kürəyi (yer belləyən alət) qızıl suyu ilə örtməzlər.
- Qaçan atı qamçılamazlar.
- Arı yuvası tapanda, pulu bal qarşılığında borc vermə.
- İnəyi satmısansa, tövlə tikmə.
- Atını itirib, indi tövlə tikir.
- Başqasının davasında xəncərini çıxartma.
- Sədəqə yığır, ancaq məhsulunu yığmır.
- Saatın vurduğu zəng səsinə oynama (hər çalınan havaya oynamazlar mənasında).
- Kimin musiqisinə oynadığını bilmir.
- İtlə peyin üstündə mübahisə etmə (mənasız şeyə görə davaya girmə).
- Suyun üstündə imza atma (əbəs işlərlə məşğul olmaq mənasında).
- İnəyin quyruğuna ot bağlamazlar.
- Pişiyin pəncəsini soyuqdan samanla qoruya bilməzsən.
- Bu, suya yumruq vurmaq kimi bir işdir (mənasız iş olmağına işarədir).
- Silkələməklə xəstəliyi adamın canından çıxartmaq olmaz.
- Xəmirdən düzəltdiyi kəndirlə özünü asır.
- Qaranlıqda göz vurur.
- Bazara lax yumurta çıxartma.
- Yumurtadan çıxmamış cücə saymazlar.
- Gülləri yandırmazlar (zərif və gözəl şeyləri məhv etmək yaramaz mənasındadır).
- Pəncərədən pələng görüb, nəfəsliyi bağlayır.
- Göyə iynə deşiyindən baxır.
- Buzova heroqlif öyrətməzlər.
- Düyünü palçıqla qarışıdırır.
- Laptanı[4] unla ağartmazlar.
- Tutduğu xərçəngi təzədən çaya buraxır.
- İtini pələngə tapşırır (qurdu quzuya tapşırmaq kimi).
- Göyü çubuqla ölçür.
- Yumurtlayan toyuğu kəsməzlər.
- Ölənin yaşını saymazlar.
- Yanğını qarla söndürmək olmaz.
- Xırmanda taxıl döyülür, bu isə orada iynə axtarır.
- Mismar yığmaq üçün evi yandırmazlar.
- Çatlamış qabı tüpürcəklə yapışdırmazlar.
- Qurumuş ağacdan şirə çıxmaz.
- Zülmətdə oturub, ancaq gün işığında olanları bilmək istəyir.
- Ağrıyan gözə istiot səpməzlər. Ağrıyan gözə bibər sürtməzlər.
- Qəpik-quruş üçün 10 li[5] yol gedir.
- İt damının ağzını bahalı papaqla örtməzlər.
- Şaxtada üşüyən ayaqlarını sidiyinlə qızdıra bilməzsən.
- Yatanın ağzına şəkər tozu tökür.
- Düyünü satıb, peyin aldı.
- Rahibdə hörük axtarır.
- Qartalı dağlara saldı (nəticəni düşünmədən təhlükəli işə rəvac vermək).
- Xəstə öləndən sonra dərman gətirir.
- Ələklə su yığır.
- Çayı keçəndən sonra qayığa minməzlər (iş-işdən keçəndən sonra tədbir görmək mənasızdır).
- Adyal altından əl yelləyir (saman altından su yeritmək mənasında).
- Pişiyi çiçəklə bəzəyə bilməzsən.
- Səhər Ayı görmək üçün axşamdan gözləməyə ehtiyac yoxdur (hər şeyin öz vaxtı var).
- Gecəni səhərə qədər ölünün başının üstündə ah-vay edib, səhər soruşur ki, ölən kimdir.
- Mərhuma ölənin yaxınlarından daha çox canı yanır guya.
- Balasını kürəyinə bağlayıb, sonra da onu axtarır.
- Axmaqlığını görüb bişmiş inək də movuldayır (bişmiş toyuğun gülməyi gəlir məsəlinə uyğun).
- Divarı tikmək üçün özüldən daş qopartmazlar.
- Maral göstərib, at deyir.
- Eyni sümüklərdən neçə dəfə şorba edərlər?!
- Armud verib, əvəzində qabıq aldı (yaxşılığa yamanlıq və ya zəhmətin dəyərləndirirlməməsi mənasında).
- Tısbağanın belindən yun qırxmazlar (mənasız işlərlə məşğul olmağa işarədir).
- Zibil içində civə axtarır.
- Qazı ətlə yemləməzlər (atın qabağına ət, itin qabağına ot qoymaq kimi).
- Qardaşına qıymadı, oğruya qismət oldu.
- Şərqdə yeyir, Qərbdə yatır (Araz aşığından, Kür topuğundan mənasında).
- Qismətini yuxuda gördü.
- Yağ butulkasının yanındakı pişik kimidir (nəyisə çox arzulayıb, lakin əldə edə bilməmək mənasında. Həm də pişik ehtiyatsızlıq edib butulkanı aşırda bilər mənasında da işlənməsi mümkündür).
- Şəkil qalereyasında kor kimidir.
- Çaya düşüb, sahilin dik olmasından şikayət edir.
- At çox vaxt öz çulunu didişdirir (insanın özünə ziyan vuran davranışlar etməyi mənasında).
- Keçən ilki içkidən beyni dumanlanır (keçmiş səhvlərin bugününə təsir etməsi mənasında).
- Kətan tarlasında qaolyan[6] saplağı kimidir (yerinə, məqamına, şəraitə uyğun olmayan iş mənasında).
- Eşşək qulaqları ilə öyünər (mənasız şeylə lövğalanmaq mənasında).
- Közəl görən siçan kimi lovğalanır.
- Tumla dişlərini korladı (əhəmiyyətsiz şeylər ucbatından özünə ziyan vurmaq mənasında).
- Stolun üstündə qaşıq gördü (hazıra nazir olmaq mənasında).
[1] Kim Koreyada ən geniş yayılmış addır.
[2] Seul isə milyonlarla insanın yaşadığı şəhərdir. Məcazi mənada işlənir.
[3] Koreya mətbəxindən şoraba növü
[4] İki dəstə ilə oynanılan top oyunu və bu oyunda işlədilən ağac
[5] “Li” Koreyada uzunluq vahididir, 400 m-ə bərabərdir.
[6] Bitki növü
Tərcümə edib hazırladı Aygün ƏZİZ