Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru Aida xanım Qasımova ciddi bir məsələyə toxunub. Onun feysbuk səhifəsindəki stausunu olduğu kimi təqdim edirik:
“…Bu yaxınlarda keçmiş tələbələrimdən üç nəfər mənimlə əlaqə saxlayıb sevinclə magistraturaya qəbul üçün lazımi bal yığdıqlarını bildirdilər. Düz üç nəfər. Məhz mənə görə, mənim təcrübəmdən faydalanmaq üçün magistraturada ədəbiyyatı seçəcəklərini dedilər. Bu gün məlum olur ki, MAGİSTRATURADA FARS VƏ TÜRK ƏDƏBİYYATLARINA YER AYIRILDIĞI HALDA, ƏRƏB ƏDƏBİYYATINA YER AYRILMAYIB.
Ərəb ədəbiyyatına bir ixtisas kimi bu düşmənçiliyin səbəbini başa düşmürəm. NEÇƏ İLLƏRDİR ƏRƏB ƏDƏBİYYATI ÜZRƏ DOKTORANTURAYA DA YER AYRILMIR. Bu öz yerində.
Ərəb ədəbiyyatı üzrə magistratura artıq bu il bağlanmaq səviyyəsinə çatdı. Bunu kim edir? Məqsəd nədir? Niyə fars və türk ədəbiyyatlarına yer verilir, ərəb ədəbiyyatına yox? Fakültədən deyirlər ki, biz yer istəyirik, DÖVLƏT İMTAHAN MƏRKƏZİ vermir. Yaxşı, necə olur ki, türk ədəbiyyatına, fars ədəbiyyatına yer verirsiz, ərəb ədəbiyyatına yox? BUNUN ARXASINDA CILIZ İNSAN QISQANCLIĞIMI DAYANIR, YOXSA BU, İYRƏNC BİR SİYASƏTDİR?
Bu fənnə olan qısqanclıq, düşmənçilik hardan, nədən qaynaqlanır? Məntiqlə, bu fənnə xüsusi qayğı olmalıdır. Ərəb ölkələrinin geosiyasi mövqeyi, bu ölkələrlə dostluq əlaqələrimiz, bu fənnin görkəmli alimlərin adı ilə bağlılığı unudulurmu? Niyə məhz ərəb ədəbiyyatı üzrə magistraturanı ləğv edirsiz?”.
Oxunub: 10