Azərbaycanın 3 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
“Report”un məlumatına görə, 45 kq-da Rahim Həsənov Anri Xozrevanidze (Gürcüstan) ilə üz-üzə gəlib. 8:5 hesablı qələbə qazanan idmançı finala yüksəlib.
60 kq çəki dərəcəsində mübarizə aparan Fərid Xəlilov Enes Ülkünü (Türkiyə) məğlub edərək qızıl medal görüşünə vəsiqə qazanıb.
71 kq-dakı Ruslan Nurullayev isə yarımfinalda türkiyəli Alperen Berberə 3:5 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda güləşəcək