- Cəmiyyət, Manşet

Gülyaz ƏLİYEVA. Cavid prospekti, ana dili və  “Avtoş dönər”!

 

Ana dili millətin keçmişi və gələcəyi arasında qurulmuş ən etibarlı körpüdür. Əgər bu körpünü çürütsək, həm keçmişlə, həm də gələcəklə bizi bağlayan bütün əlaqələri məhv etmiş olarıq. Təsəvvür edin ki, gələcək nəsillərə bizdən  Bakıda çəkilmiş bu şəkillər qalıb. O zaman bu şəkillərə, onun üzərindəki yazılara baxan gələcək nəsil bizim kimliyimizi, kim olduğumuzu hardan bilə, 21-ci əsrdə müstəqil Azərbaycanda hansı dilin işlənməsi barədə nə qərara gələ bilər?! Millətin, yurdun varlığı ana dilinin varlığına bağlıdır. Əgər biz bu gün dilimizi hansısa dilin içərisində əridiriksə, itiririksə,  demək, yurdu və milləti də əridir və itiririk!…

Aşağıdakı şəkillərə baxın. Bura Azərbaycanın paytaxtı Bakı şəhəri, onun H.Cavid prospektidir.( FHN-ə qədər (keçmiş Əzizbəyov heykəli)
Söz burada acizdir. Odur ki, şərh yazmıram. Ağlımda ancaq bu sözlər dolaşır. “Baxın,  yaxşı-yaxşı baxın,  bu sizin tarix səhifənizdə müstəqillik dövründə Azərbaycanın paytaxtında əcnəbicə yazılmış bir səhifədir!”…özünüz qiymət verin!

Bakı şəhəri, H.Cavid prospektində bundan əvvəl də – keçən il  daha çox  şəkillər çəkilmişdi. Orada öz dilimizdə sovetdən qalma “1001 cür xırdavat”dan başqa yazı gözə dəymirdi, onun üzərində də “Əli Əkbər” sözləri yazılmışdı.
O bircə dənə də düzgün yazılmayıb, çünki “bir” sözünü işlətdikdə artıq “cür” sözünə ehtiyac yox idi. Həm də Əli və Əkbər sözləri, bəlkə də, konkret olaraq  şəxs adlarıdır (yəni obyekt sahibinin yaxınlarından kiminissə),üstəlik müqəddəslərin adlarıdır, beləcə onlar da bu adları guya “əbədiləşdiriblər”.  Qalanları isə son dərəcə təmtəraqlı şəkildə əcnəbicə yazılmış adlar.
İndikində isə 24 şıkildən cəmi yenə bircəciyi “ana dili”ndədir – əgər buna ana dili demək olarsa, (!) o da – “AVTOŞ DÖNƏR”. Bunun da Dədə Qorqud demiş: “Olmağındansa, olmamağı yey!”
Artıq bundan sonra nöqtə. Nəsə deməyə ehtiyac görmürəm! Sizə isə  baxmamışdan öncə Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanunu(maddə 7.1) xatırladıram:
Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanunda (maddə 7.1)qeyd edilir: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.

1.Vogue
2. Gastronomy
3. Berloni
4. Monge
5. Floret – Flowers & Gifts
6. Mega Vision
7. Santral
8. Alture Studio
9. Zoo space
10. Womma
11. My Fish
12. La parfumerie
13. Charuel
14. Geox
15. Ecco
16. Uğur baby
17. Penti
18. Sharf Azerbaijan
19. Barber shop
20. Eal barber salon
21. Viva – şirniyyat evi
22. Kasap döner
23. Avtoş dönər
24. Wake cup coffe və s

(Şəkillər FADMM sədri Vasif Sadıqlı tərəfindən çəkilib).

Bakının mərkəzində H. Cavid prospektində aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələrdə Azərbaycan dilindən istifadənin necə olduğunu, sözügedən Qanuna necə əməl olunduğunu şəkillər vasitəsilə gördünüz…

 












 

The end