- Cəmiyyət, Manşet

Tokio-2020: Braziliya Almaniyanı məğlub edib

Futbol üzrə Braziliya millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

“Report”un məlumatına görə, “sambaçılar” D qrupunda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Cənubi Amerika təmsilçisinin 4:2 hesablı qələbəsi ilə bitib. Braziliyanın heyətində Rişarlison 7, 22 və 30-cu dəqiqələrdə fərqlənərək het-trik edib. Paulinyo isə 90+5-ci dəqiqədə 4-cü qolu vurub.

Almaniyanın qollarına 57-ci dəqiqədə Nadim Amiri və 84-cü dəqiqədə Raqner Axe imza atıb.