- Ədəbiyyat, Manşet

Yazıçı Seyran Səxavətə AYB-nin “Nizami Gəncəvi” mükafatı təqdim olunub

Görkəmli yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Nizami Gəncəvi” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mükafatı AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB-nin sədri Seyran Səxavəti bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.