- Cəmiyyət, Dil, Manşet

Gürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edir

Gürcüstan parlamentinin Prosedur məsələlər və qaydalar Komitəsində ölkədə yaşayan etnik azərbaycanlıların təşəbbüs qrupunun qeydiyyatı məsələsi dəstəklənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidməti məlumat yayıb.

Təşəbbüs qrupunun üzvləri olan Gürcüstanın Azərbaycan əsilli vətəndaşları özlərinin əsl, autentik soyadlarını bərpa və “ov”, “yev” və digər qeyri-autentik soyad sonluqlarından imtina etmək istəyirlər və bununla bağlı “Vətəndaş aktları barədə” Qanuna düzəlişlər tələb edirlər.

Məsələ ilə bağlı müvafiq qanunvericilik təklifi hazırlanacaq və layihə ən azı 25 min seçicinin təşəbbüsü ilə parlamentə təqdim olunacaq.