“Gəncədə mülki əhaliyə qarşı törədilən cinayət qəbuledilməzdir”.
Bunu “Report”un Qərb Mərkəzinə açıqlamasında Gəncə şəhərinə səfər edən Meksikanın “El Universal” qəzetinin redaktoru Qabriel Moyssen bildirib.
“Ermənistan mülki əhalinin yaşadığı ərazini ballistik raketlərlə atəşə tutaraq bütün beynəlxalq hüquqi qaydaları pozublar. Meksika hər zaman beynəlxalq hüquq qaydalarının tərəfkeşi olub. Ümumiyyətlə, istənilən silahlı münaqişə zamanı mülki əhalinin yaşadığı əraziləri atəşə tutmaq qəbuledilməzdir. Ümid edirəm ki, bölgədə hər zaman sülh olar və mülki əhaliyə zərər dəyməz”, – o deyib.