- Cəmiyyət, Manşet

Xaçmaz və Qubada çörək bahalaşıb

Bu gün səhər Xaçmaz və Qubada çörək bahalaşıb. Mağazalarda çörəyin satış qiyməti 0.40 qəpik deyil, 0.50 qəpik olub. Satıcıların sözlərinə görə, əvvəllər 0.40 qəpiyə satdıqları çörəyin topdanalış qiyməti bu gün istehsalçı tərəfindən mağazalara 0.45 qəpiyə verilib. Pərakəndə satış qiyməti isə 0.50 qəpik müəyyənləşdirilib.

Qiymət artımının əsas səbəbi kimi çörəyin çəkisinin artması göstərilib.

Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti liberaldır və bazar tərəfindən tənzimlənir.

apa.az