- Cəmiyyət, Manşet, Xəbərlər

Qazaxıstanda türkdilli dövlətlərin KİV nümayəndələrinin media forumu keçirilib

Türküstanda “İnvestisiya və turizm imkanları” adlı beynəlxalq media forumu keçirilib.

Ttürkdilli dövlətlərin media nümayəndələrinin beynəlxalq forumunda Qazaxıstanın Türküstan bölgəsinin investisiya və turizm mühitinin yaxşılaşdırılması, eləcə də bu sahəyə xarici investisiyaların cəlb edilməsi, beynəlxalq turizm mərkəzi kimi Türküstanın təşviqi üzrə prioritet proqramlar, planlar və imkanlar təqdim olunub.Azərbaycan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyədən KİV nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər. Forumun Türküstanda yeni imkanlara təkan verəcəyini qeyd edən iştirakçılar müqəddəs şəhərin öz qədim simasını qoruyub saxlayaraq, müasir şəhərə çevrildiyini bildiriblər.

Tədbirdə qeyd edilib ki, Novruz bayramında müqəddəs şəhərdə türkdilli ölkələrin media nümayəndələrinin bir araya gəlməsi təsadüfi deyil. Türküstan əsrlər boyu türk xalqlarının inteqrasiyasının simvolu olub.

Türkdilli junalistləri bir araya gətirən tədbir çərçivəsində iştirakçılar Türküstanda tarixi və mədəni məkanları da ziyarət ediblər.

azertag.az