- Cəmiyyət, Manşet

Avropa İttifaqı aqrar turizmə dəstəyini davam etdirəcək

“Avropa İttifaqı tərəfindən Azərbaycanda maliyyələşdirdiyi layihələr turizm sektorunu da əhatə edir”.

“Report” xəbər verir ki, Avropa İttifaqının “Azərbaycanda məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin rəhbəri Rayner Frönd Şəkidə keçirilən Qida Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əsas vacib olan budur ki, hökumət aqrar turizmə investisiya yatırmalıdır: “Bu səpkidə davamlılıq əldə edilir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edirik. Aqroturizmə necə dəstək göstərilməsi mexanizmləri, onların fərqliliklərinə, müxtəlifliklərinə necə dəstək verə bilərik, bununla bağlı onlarla işləyirik”.

Qeyd edək ki, bu gün Şəkidə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Qida Festivalı keçirilir.